• $
  • €
  • ₽
  • ₺
  • £

Zukerberq təhsilə 15 milyon dollar sərmayə yatırdı

Zukerberq təhsilə 15 milyon dollar sərmayə yatırdı
06.05.2015 21:23
Dünyanın ən məşhur sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberq və onun həyat yoldaşı Prissilla Çan alternativ məktəb təhsili şəbəkəsinə 15 milyon dollar yatırıblar.
 
"ICTnews" xəbər xidmətinin "www.therunet.com" saytına istinadən verdiyi məlumata əsasən, ümumilikdə ABŞ-da orta və kiçik yaşlı uşaqlar üçün məktəblərin açıldığı "AltSchool" layihəsinə 100 milyon dollar sərmayə cəlb edilib.

"AltSchool" şəbəkəsi "Google"un keçmiş meneceri Maks Ventilla tərəfindən 2013-cü ildə yaradılıb. Şəbəkəyə Kaliforniya və Nyu-Yorkda yerləşən 80-150 nəfərlik "mikroməktəb" daxildir.
 
Bu təhsil ocağında qarışıq yaş qruplarında uşaqlar təhsil alırlar. Onlar özləri maraqlarına görə məşğələlər seçirlər. Məktəblər təlim prosesinin təşkili və valideynlərlə kommunikasiya yaratmaq üçün onlayn texnologiyalardan istifadə edirlər.
 

"Təhsil - internetə çıxış kimi bizim cəmiyyətin inkişafında  və bərabər imkanların təqdim edilməsində vacib faktordur. Biz gələcəkdə də bu cür sərmayələr yatırmaqda davam edəcəyimizə ümid edirik", - Zukerberq öz "Facebook" səhifəsində yazıb.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol