• $
  • €
  • ₽
  • ₺
  • £

Bu ölkə nağd puldan imtina etdi

Bu ölkə nağd puldan imtina etdi
08.05.2015 21:30
Danimarka hökuməti nağdsız hesablaşmalar cəmiyyətinə keçidi sürətləndirəcək yeni islahatlar hazırlayıb

Danimarka hökuməti nağdsız hesablaşmalar cəmiyyətinə keçidi sürətləndirəcək yeni islahatlar hazırlayıb. 

Belə ki, ölkə hakimiyyəti bir sıra mağaza, restoran və digər ticarət nöqtələrinə ödənişi nağd pulla edən müştərilərə xidmət göstərməmək üçün icazə verib.

Bu tələblər 2016-cı ilin əvvəlindən etibarən hazırkı hakimiyyətin seçkiqabağı kampaniyası çərçivəsində qüvvəyə minəcək. Yeni iqtisadi siyasətə əsasən, pərakəndə satışla məşğul olan geyim mağazaları, kafe və yanacaqdoldurma məntəqələri bundan sonra nağd pulun qəbulunu nəzərdə tutan normalara riayət etməyə bilərlər.

Plana uyğun olaraq ərzaq mağazaları, poçt şöbələri, apteklər, həkimlər və stomatoloqlar müştərilərə həm nağd, həm nağdsız ödənişlə xidmət göstərəcəklər.

Layihə parlament tərəfindən təsdiqlənməlidir.

Hökumət hesab edir ki, təklif pərakəndə satışla məşğul olanlara təzyiqi xeyli azaldacaq. Çünki nağd ödənişlərin qəbulu əlavə maliyyə və inzibati yüklənməyə səbəb olur.

Danimarka əhalisi kart ödənişlərinə fəal şəkildə keçir. Bu səbəbdən əksər istifadəçilər üçün hökumətin yenilikləri hiss edilmədən keçəcək. 

Danimarka Ticarət Palatasının nümayəndələri qeyd edib ki, bu addım xərcləri azaldacaq və ödənişlərin qəbulunu asanlaşdıracaq, - "Payspacemagazine” yazır.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol