Prezident seçkisində müxalifət öndə

Polşada keçirilən prezident seçkisinin qeyri-rəsmi nəticələrinə görə, müxalifət namizədi hazırkı prezidentdən önə keçib.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, dünən Polşada keçirilən prezident seçkisi sona çatıb. Ölkənin 30,8 milyon əhalisi səsvermə hüququndan istifadə edib.
Qeyri-rəsmi məlumatlara görə, millətçi Hüquq və Ədalət Partiyasının namizədi Andrzey Duda səslərin 34,8 faizini, hazırkı prezident Bronislav Komorovski isə 32,2 faizini toplayıb.
Namizədlərdən heç biri səslərin 50 faizindən çoxunu toplamadığına görə, prezdent seçkisinin ikinci turu keçiriləcək və bu 24 mayda baş tutacaq.
Prezident seçkisinin birinci turunun rəsmi nəticələri mayın 12-də açıqlanacaq.
www.ann.az
























