• $
  • €
  • ₽
  • ₺
  • £

Bugünkü Nepal zəlzələsinin ilk nəticəsi - 36 ölü, 981 yaralı

Bugünkü Nepal zəlzələsinin ilk nəticəsi - 36 ölü, 981 yaralı
12.05.2015 17:42
Nepalın şimali-qərbində meydana gələn 7,4 bal gücündə zəlzələ ilə bağlı ilkin informasiyalar yayılmağa başlayıb.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, ilkin rəsmi məlumatlara görə, Nepalda baş verən bugünkü güclü zəlzələ nəticəsində 36 nəfər ölüb, 981 nəfər yaralanıb.

Beynəlxalq Miqrasiya Təşkilatının Nepalda olan nümayəndəsi Paul Dillon bugünkü zəlzələ nəticəsində xeyli binaların uçduğunu, əvvəlki zəlzələ nəticəsində yarıuçuq vəziyyətdə olan binaların isə tamamilə yerlə-yeksan olduğunu deyib. Dillon xilasetmə  qrupunun şəhərdə fəaliyyətə başladığını bildirib. Nepalın zəlzələdən daha çox ziyan gördüyü Çautara şəhəri yardım mərkəzinə çevrilib, burada səhra xəstəxanaları qurulub. 

Mütəxəssislərin açıqlamalarına görə, bu gün səhər saatlarında baş verən 7,4 bal gücündə zəlzələnin ardından bölgədə 5,6 və 6,2 gücündə təkanlar təkrarlanıb. Zəlzələ silsiləsinin davam etməsi ölkədəki pis vəziyyətin daha da kəskinləşəcəyindən xəbər verir.

Nepal iki həftə əvvəl də şiddətli zəlzələ ilə silkələnmişdi. 7,8 bal gücündə baş vermiş zəlzələ nəticəsində 8 mindən adam həlak olmuş, təxminən 18 min adam isə yaralı vəziyyətindədir.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol