Bir həftə ərzində İranda ikinci güclü zəlzələ

İranın mərkəzi bölgəsində - Çabehar şəhərində 5,3 bal gücündə zəlzələ baş verib.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, zəlzələ barəsində Tehran Universitetinin Geofizik İnstitutunun Seysmoloji Mərkəzi məlumat yayıb. Xəbərdə deyilir ki, ölkənin mərkəz bölgəsinin cənub şərqindəki Sistan və Belucistan əyalətinə bağlı Çabehar şəhərində 5,3 bal gücündə baş verən zəlzələ yerin 10 kilometrliyində meydana gəlib.
Sistan və Belicistan əyalətlərinin rəsmiləri hələ ki, zəlzələnin fəsadları barədə məlumat verməyib, ölən və yaralananlar haqqında xəbər yoxdur.
İranda son olaraq keçən həftə Xorasan əyalətinin Kaşmer şəhərində 5,2bal gücündə zəlzələ baş vermişdi və nəticədə 35 nəfər yaralanmışdı, ölən olmamışdı.
www.ann.az
























