BMT Fransanı tənqid etdi

Ölkədə qaraçılara və miqrantlara qarşı pis rəftar edildyi bildirilib
Birləşmiş Millət Təşkilatı İrqçiliyin Ləğv olunması komitəsi Fransanı kəskin tənqid edən hesabat hazırlayıb.
ANS PRESS-in məlumatına görə hesabatda, Fransa hökumətinin ölkədəki etniklərə qarşı irqçiliyin aradan qaldırılması üçün kifayət qədər cəhd göstərmədiyi, qaraçılara və miqrantlara qarşı pis rəftar etdiyi bildirilib.
Komitə həmçinin az gəlirli etniklərin yaşadığı məhəllələrdə ayrı-seçkiliyin aradan qaldırılması üçün rəsmi Parisə müraciət edib.
Hesabatda fransız siyasətçilərin xüsusilə qaraçılara qarşı nifrət doğuran təhrikedici və irqçi ifadələrdən uzaq olmağı təmin etmək üçün daha çox səy göstərmələrinin vacib olduğu vurğulanıb.
Tövsiyyə xarakterli hesabatın heç bir hüquqi qüvvəsi olmasa da Fransa hökuməti üzərində ictimai təzyiqə səbəb olmçası gözlənilir.
www.ann.az
























