Orduda cinsi təcavüzə məruz qalanın özü cəzalanır

ABŞ ordusunda cinsi təcavüz hadisələrini xəbər verən "xəbərçilər" dəqiqləşdirilərək cəzalandırılıb.
ANN.Az xəbər verir ki, Human Rights Watch Amerika ordusunun cinsi hücumlara məruz qalması ilə bağlı hesabat hazırlayıb. Sənəddə qeyd olunub ki, son illər hətta ABŞ Müdafiə Nazirliyi orduda baş verən cinsi təcavüz hadisələrinin qarşısını almaqda acizdir, hətta cinsi təcavüzə məruz qalan əsgərlərin 62 faizi bundna şikayət etdikləri təqdirdə özlərinin ağır şəkildə cəzalandırıldıqlarını qeyd ediblər.
"ABŞ Ordusunda Cinci Təcavüzə Məruz Qalma Hesabatı" adlı 113 səhifəlik sənəddə 150 cinsi təcavüzə məruz qalan şəxsin rəsmi qaydada qeydə alındığı, müşahidə və araşdırmaların 2013-cü ildən bu yana aparıldığını bildirib.
Cinsi təcavüzə məruz qalan əsgərlər bunu öz komandirlərinə şikayət etdikləri təqdirdə özləri təhdid və təcrid edildiklərini, döyüldüklərini, pis işlərdə istifadə olunduqlarını, təltif edilmədiklərini söyləyiblər.
Human Rights Watch - insan haqlarının qorunması təşkilatı hesab edir ki, ABŞ Müdafiə Naziriliyi tyez bir zamanda bu kimi neqativ halların qarşısını almaq üçün ordu sıralarında ciddi islahatlar aparmalıdır. Təşkilat eyni zamanda Konqresin bu məsələ ilə bağlı öz mövqeyini sərgiləməsini, lazım gələrsə, yeni qanun qəbul edilməsini məqbul hesab edib.
www.ann.az
























