• $
  • €
  • ₽
  • ₺
  • £

“Ölkədə qan töküləcək” - Elif Şəfəq

“Ölkədə qan töküləcək” - Elif Şəfəq
21.05.2015 12:45
Hökumət əleyhinə çıxışları ilə seçilən yazıçılardan olan Elif Şəfəq daha bir ənənəvi açıqlama verib. 

ANS PRESS-in məlumatına görə, türk əsilli romançı Elif Şəfəq "Financial Times”da dərc edilən yazısında Xalqların Demokratiya Partiyasının (HDP) iyunun 7-də keçiriləcək parlament seçkisində 10%-dən çox səs yığmayacağı halda, ölkədə qan töküləcəyini bildirib. 

Türkiyənin silahlı qarşıdurmaların baş verdiyi günlərin geri qayıda biləcəyini proqnoz verən məşhur yazıçı "Kürdlərin sürpriz hədiyyəsi Türkiyədə birlik ola bilər” başlıqlı yazısında Abdullah Öcalanı kürd xalq hərəkatının atası adlandırıb.

"HDP 10%-li səs toplamasa, kürdlər məclisdə təmsil edilməsə, bu, çox pis nəticələrə yol açacaq” – deyə o, məqaləsində bildirib.

Xatırladaq ki, bu il iyunun 7-də Türkiyədə parlament seçkisi keçiriləcək və ölkənin 4 partiyası – hakim Ədalət və İnkişaf Partiyası (AKP), müxalifətdə olan Cümhuriyyət Xalq Partiyası (CHP), Milliyətçi Hərəkat Partiyası (MHP) və separatçı kürdlərin Xalqların Demokratiya Partiyası (HDP) bu seçkiyə çox ciddi hazırlaşır. Seçkidə ümumi olaraq 20-yə yaxın partiyanın iştirak edəcəyi gözlənilir.


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol