• $
  • €
  • ₽
  • ₺
  • £

Nemtsovun qətli işi üzrə yeni fiqur ortaya çıxıb

Nemtsovun qətli işi üzrə yeni fiqur ortaya çıxıb
28.05.2020 21:15
Müxalifət lideri Boris Nemtsovun qətli işi üzrə yeni fiqur ortalığa çıxıb. Müstəntiqlər hesab edir ki, Çeçenistan sakini Ruslan Muxadinov siyasətçinin qətli üçün 25 milyon rubl ödəyəcəyinə söz verib.

ANN.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Kommersant” qəzeti xəbər verir.

Hazırda B.Nemtsovun qətli işi üzrə 5 nəfər həbs edilib. Qətldə şübhəli bilinən Zaur Dadayev, Anzor və Şadid Qubaşev qardaşları, Həmzət Baxayev və Tamerlan Əsgərxanov.

Qəzetin məlumatına əsasən, Z.Dadayevin ilkin ifadələrinə görə, Rusik adlı şəxs ona və yoldaşlarına Məhəmməd peyğəmbərin karikaturasının dərc olunmasını dəstəkləyən B.Nemtsovun qətlinə görə 25 milyon rubl pul ödəcəyinə söz veribmiş. Amma sonra Z.Dadayev ilkin ifadələrindən imtina edib, onları işgəncələrə məruz qaldığı üçün söylədiyini deyib. "Ъ” qəzetinin məlumatına görə, T.Əsgərxanov bildirib ki, Rusik "Mercedes ML” markalı avtomobili idarə edən şəxsdir.

Müstəntiqlər hesab edir ki, avtomobil DİN DQ "Şimal” batalyonunun komandiri Ruslan Qremeyevə məxsus ola bilər. Onlar R.Qremeyevi dindirə bilməyiblər. Əldə edilmiş bəzi məlumatlara əsasən, o Ərəb Əmirliklərinə gedib.

Qəzetin məlumatına əsasən, hazırda istintaqı Çeçenistan sakini Ruslan Muxadinov maraqlandırır: "Hələlik istintaq Ruslan Muxadinovu tapıd dindirə bilməyib. Ancaq "Mercedes ML” avtomobilini məhz onun idarə etməsi müəyyənləşdirilib. Belə olduğu təqdirdə, o, qətldə şübhəli bilinən şəxs ilə də görüşə bilərdi”.

Müstəntiqlər R.Muxadinovun həmin Rusik olduğunu müəyyənləşdirməyə çalışırlar. Bunun üçün onun şəkli T.Əsgərxanova göstəriləcək. Zaur Dadayevdən fərqli olaraq, T.Əsgərxanov ifadələrindən imtina etməyib. R.Muxadinovun yaşayış yeri üzrə pasport stoldan şəkli ilə birgə Forma-1 götürülüb: "Əgər müttəhim T.Əsgərxanov Muxaddinovun Rusik olduğunu desə, onda işdə əhəmiyyətli dəyişiklər olacaq. Mayor R.Qremeyevə artıq qətlin sifarişçisi kimi baxılmayacaq”.
www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol