• $
  • €
  • ₽
  • ₺
  • £

Ukrayna: Kiyevin əsirləri "Rusiya ordusunda olduqlarını etiraf etdilər"

Ukrayna: Kiyevin əsirləri "Rusiya ordusunda olduqlarını etiraf etdilər"
22.05.2015 22:00
Ötən şənbə Ukrayna hökumət qoşunlarına əsir düşmüş iki nəfər ATƏT müşahidəçilərinə Rusiya Silahlı Qüvvələrinin hərbçiləri olduqlarını etiraf ediblər.

ATƏT nümayəndələri bu iki nəfərlə Kiyev hərbi hospitalında görüşüblər. Onlar döyüşdə yaralandıqlarına görə burada müalicə olunurlar.

ATƏT bildirib ki, bununla belə bu hərbçilərin hücum əməliyyatı üçün əmrləri olmayıb.

Rusiya tərəfi bu iki nəfərin həqiqətən də Rusiya hərbçiləri olduqlarını təsdiq edib, lakin bidirib ki, onlar Ukraynaya ordudan tərxis olunduqdan sonra öz təşəbbüsləri ilə gediblər.
Rotasiyalı "könüllülər”

ATƏT-in məlumatına görə bu iki nəfər Rusiyadan kəşfiyyat missiyasına göndərildiklərini söyləyiblər.

Onlardan biri deyib ki, Ukrayanaya komandanlıq tərəfindən göndərilib və onu üç aydan sonra rotasiya qaydasında əvəz etməliymişlər.

Ukrayna hökuməti və Qərb Rusiyanı daim Ukraynaya qoşun göndərməkdə ittiham edir. Moskva bir qayda olaraq bu ittihamları rədd edir və bildirir ki, rusiyalılar Ukraynaya öz arzuları ilə "könüllü” kimi gedirlər.

Bu iki nəfər Rusiya ilə sərhəddən 20 kilometr aralıda yerləşən Sçastye şəhərində gedən döyüşdə yaralanıb.

Ukrayna tərəfi onlara qarşı terrorizm ittihamları irəli sürüb.
Tolyatti və Kuybışev

Rusiya Müdafiə Nazirliyinin sözçüsü Iqor Konaşenkov deyib ki, Ukrayna qüvvələri əsir düşən bu iki nəfərlə qəddar davranıblar və onlardan işgəncə ilə ifadə alınıb.

Ukraynanın şərqindəki separatçılar isə ümumiyyətlə bildirirlər ki, bu iki nəfər "Luqansk Xalq Respublikası”nın milis dəstəsinin üzvləri olub.

Ukrayna tərəfi bildirib ki, Sçastye məntəqəsində əsir alınmış Aleksandr Aleksandrov Tolyattidəki xüsusi təyinatlı üçüncü briqadanın, Yevgeni Yerofeyev isə Kuybışevdəki Rusiya hərbi hissələrindən birinin əsgəridir.
www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol