• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə və ABŞ Suriya müxalifət qüvvələrinin hərbi təliminə başladı

Türkiyə və ABŞ Suriya müxalifət qüvvələrinin hərbi təliminə başladı
26.05.2015 21:17
Türkiyədə mötədil Suriya müxalifətinin nümayəndələrinin hərbi təlimini nəzərdə tutan proqramın icrasına başlanılıb.

APA-nın "TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Şimali Kiprdə səfərdə olan Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib.  
 
"Təlimləri həyata keçirəcək Türkiyə və ABŞ-ın birgə heyəti artıq öz işinə başlayıb.  Demək olar ki, proqram kiçik qrupların təlimindən start götürüb. İnfrastruktur hazırdır, bütün lazımi avadanlıqlar da quraşdırılıb”, deyə nazir bildirib. XİN rəhbəri əlavə edib ki, proqramın icrasını yalnız Türkiyə və ABŞ həyata keçirir.
 
Çavuşoğlunun sözlərinə görə, təlimdən sonra silahlıların hansı ərazilərə göndərilməsi və onlara sonrakı dəstəyin göstərilməsi məsələləri gündəmə gələcək: "Onların gedəcəkləri bölgə təhlükəsiz olmalıdır. Hazırda  bununla bağlı bütün məsələlər Türkiyə və ABŞ arasında texniki mütəxəssislər, hərbçilər tərəfindən müzakirə olunur. Yekun qərar birgə veriləcək”.   
 
Qeyd edək ki, proqram çərçivəsində bu il, ümumilikdə, "Azad Suriya Ordusunun” iki minədək üzvü təlim keçəcək. Proqramda həmçinin Səudiyyə Ərəbistanı və Qətərin iştirak edəcəyi planlaşdırılıb. Proqrama əsasən Səudiyyə Ərəbistanı və Qətər 15 min suriyalıya təlim keçəcək. 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol