• $
  • €
  • ₽
  • ₺
  • £

28 May - Respublika Günü Vaşinqtonda qeyd olundu - Fotolar

28 May - Respublika Günü Vaşinqtonda qeyd olundu - Fotolar
29.05.2020 08:58
Azərbaycanın ABŞ-dakı səfirliyi Vaşinqtonda "28 May - Respublika Günü” və eləcə də qarşıdan gələn Azərbaycan Silahlı Qüvvələr günü münasibəti ilə təntənəli ziyafət təşkil edib.

Səfirlikdən APA-ya verilən məlumata görə, ziyafətə ABŞ Administrasiyasının məsul rəsmiləri, ABŞ hərbi qüvvələrinin yüksək rütbəli zabitləri, müxtəlif dövlət və ictimai qurumların çoxsaylı nümayəndələri, diplomatik korpus, akademik dairələr və yerli ictimaiyyətin təmsilçiləri və nəhayət, azərbaycanlı, türk və yəhudi icmalarının üzvləri daxil olmaqla, minə yaxın qonaq qatılıb.
 
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov müsəlman Şərqində ilk demokratik parlament respublikasının 97 il əvvəl məhz Azərbaycanda qurulduğunu xatırladıb. Səfir müxtəlif mədəniyyət və dinlərin bir məkanda qovuşduğu Azərbaycanın öz müxtəlifliyi ilə dünyanın üzləşməkdə olduğu radikalizm meylərinə ən tutarlı cavab verdiyini vurğulayıb. Bu mənada, o, qarşıdan gələn həftələrdə ilk Avropa Oyunlarına ev sahibliyi edəcək Azərbaycanda artıq 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının təşkil olunacağının təsadüfi xarakter daşımadığını söyləyib. Elin Süleymanov müxtəlif təhdidlərlə üzləşməkdə olan Azərbaycan xalqının öz müstəqilliyinə möhkəm şəkildə bağlı olduğunu bildirib.    
 
ABŞ Milli Qvardiya Bürosunun rəhbərinin müavini general leytenant Cozef Lenqyel Azərbaycanın ötən 15 ərzində Əfqanıstan başda müxtəlif bölgələrdə aparılan əməliyyatlara verdiyi dəstəyə görə təşəkkür edib, Azərbaycanın Əfqanıstanla nəqliyyatı təmin edən Şimal Paylaşdırıcı Şəbəkəsində iştirakını yüksək qiymətləndirib.
    
ABŞ-ın ATƏT-in Minsk Qrupundakı həmsədri, səfir Ceyms Uorlik çıxış edərək, ölkəmizə dəfələrlə etdiyi səyahətlər boyu xalqımızın özünəməxsus mədəniyyəti və insanların isti münasibəti və qonaqpərvərliyi ilə tanış olduğunu söyləyib. Əlavə edib ki, son iyirmi ildə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycana və regiona vurduğu zərərin şahidi olub. Amerikalı səfir həmçinin ABŞ və Azərbaycan arasında qarşılıqlı dəyər və məqsədlərə dayanan ikitərəfli münasibətlərin inkişafını diqqətə çatdırıb.
Çıxışlardan sonra ziyafət verilib.
 














www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol