ABŞ-da daşqın: ölü sayı 28 nəfərə çatıb

ABŞ-ın Texas və Oklahoma ştatlarında leysan yağışların yağması nəticəsində baş verən daşqında ölənlərin sayı 28-ə çatıb.
"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, təbii fəlakətə məruz qalan ərazilərdə xilasetmə və evakuasiya işləri aparılır.
Xilasedicilər itkin düşmüş adamların axtarışı ilə məşğuldur. Mindən çox ev qismən və ya tamamilə dağılıb.
www.ann.az
























