• $
  • €
  • ₽
  • ₺
  • £

Mərkəzi Bank valyutaya nəzarətdən imtina etdi

Mərkəzi Bank valyutaya nəzarətdən imtina etdi
02.06.2015 17:16
Analitiklər güman edirlər ki, yaxın aylarda rus valyutası dollara nisbətdə 57-58 rubla çatacaq

Rusiya Mərkəzi Bank valyuta hərraclarının keçirilməsindən imtina edir.

ANS PRESS-in məlumatına görə, bu qərar Rusiya valyutasının həddən artıq möhkəmlənməsi ilə bağlıdır. Analitiklər güman edirlər ki, yaxın aylarda rus valyutası dollara nisbətdə 57-58 rubla çatacaq. 

Rusiyanın Mərkəzi Bankı azı bir illik valyuta reposu hərraclarının keçirilməsini dayandırdığını açıqlaması artıq birjalarada öz təsirini göstərib. RF baş bankı valyuta hərraclarının ləğvini valyuta bazarındakı şəraitin dəyişikliyi ilə izah edir. Mərkəzi Bank valyuta likvidliyini təmin etmək üçün oktyabrdan başlayaraq repo əməliyyatlarını gücləndirmişdi. Bu mexanizmin köməyi ilə dekabrda Rusiya bankları 26 milyard dollarlıq kredit almışdı. Bundan başqa, Mərkəzi Bankın hərracları nəticəsində 2014-cü ilin dekabrında rubl qarşısında dolların rekord bahalaşmasının qarşısını almaq mümkün oldu. İndi tənzimçi qurum Rusiya valyutasını zəiflədərək birbaşa əks əməliyyatları yerinə yetirir. 

Apreldə rublun çox sürətli möhkəmlədilməsi nəticəsində Mərkəzi Bankın dollar borcları iki dəfəyə yaxın artıb. Məhz bu səbəbdən illik valyuta reposu hərraclarının dayandırması qərarı verilib. Mütəxəssislər isə qərarı məntiqli addım olaraq qiymətləndirirlər. 

Qeyd edək ki, REPO dedikdə mərkəzi bank tərəfindən qiymətli kağızların kommersiya banklarına satılması və əvvəlcədən razılaşdırılmış müddət bitdikdən sonra onlardan geri alınması əməliyyatı nəzərdə tutulur. Bu əməliyyat dövriyyədə olan pul kütləsinin həcminin qısamüddətli dövrdə azaldılması məqsədilə həyata keçirilir. Tərs-Repo isə mərkəzi bank tərəfindən qiymətli kağızların kommersiya banklarından alınması və əvvəlcədən razılaşdırılmış müddət bitdikdən sonra onlara geri satılmasını nəzərdə tutan əməliyyatdır. Əks-REPO-nun tətbiq olunmasında məqsəd dövriyyədə olan pul kütləsinin qısamüddətli dövrdə artırılmasıdır.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol