• $
  • €
  • ₽
  • ₺
  • £

TANAP-a daha bir ölkə qoşulur?

TANAP-a daha bir ölkə qoşulur?
05.06.2015 20:21
Macarıstan "Türk axını” və TANAP layihələrində iştirak etməyi planlaşdırır.

Oxu.Az Miliyyet qəzetinə istinadən xəbər verir ki, Macarıstan hökuməti bu yolla təbii qaza olan ehtiyacını daha etibarlı hala gətirmək istəyir.

Avropa İttifaqı ölkələrinin Rusiyaya qarşı sanksiyaları Macarıstan hökumətini alternativ yollar axtarmağa sövq edib:

"Macarıstan hökuməti təbii qazın 80%-ni Ukrayna üzərindən Rusiyadan alır. Hökumət Avropa İttifaqı (Aİ) ölkələrinin Rusiyaya qarşı sanksiyaları, Rusiyanın Ukraynaya üzərindən nəql etdiyi qazın həcmini azaltdıqdan sonra bu qərara gəlib”.

""Türk axını” layihəsində iştirak Türkiyə ilə əlaqələrimizin inkişafına təsir göstərəcək” - deyə, Macarıstanın baş naziri Viktor Orbon bildirib.

Bundan başqa, Macarıstan Azərbaycan qazını Avropaya daşıyacaq Cənubi qaz dəhlizi layihəsini də enerji qaz tədarükünü etibarlı hala gətirə biləcək layihə olaraq görür.

Məlumat üçün bildirək ki, Türkiyə və Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsi və təchizatın diversifikasiyası baxımından böyük önəm daşıyan TANAP çərçivəsində qonşu ölkəyə ilk qaz nəqlinə 2018-ci ildə başlanılması planlaşdırılır.

Başlanğıcda illik 16 mlrd. kubmetr təşkil edəcək nəql həcminin mərhələli surətdə əvvəlcə 24 mlrd. kubmetrə, sonra 31 mlrd. kubmetrə yüksəldilməsi nəzərdə tutulur.

1850 kilometrlik TANAP xətti 2020-ci ilin əvvəlindən etibarən Trans-Adriatik Təbii Qaz Boru Xəttinə (TAP) bağlanaraq, Cənubi Qafqaz Boru Xətti vasitəsilə alacağı təbii qazı Yunanıstan, Albaniya və İtaliya üzərindən Avropaya çatdıracaq.

TANAP 10-11 mlrd. dollar dəyərində qiymətləndirilir.

Layihədə payçılar arasında səhmlər belə müəyyənləşdirilib: "Cənub Qaz Dəhlizi” şirkəti - 58%, BOTAŞ - 30%, BP - 12%.
www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol