• $
  • €
  • ₽
  • ₺
  • £

Fransada ölüm ərazisi - "Qırmızı zona" - Fotolar

Fransada ölüm ərazisi - "Qırmızı zona" - Fotolar
06.06.2015 11:26
Fransada artıq yüz ildir ki, insanlar tərəfindən tərk edilmiş, torpağı və suyu zəhərli maddələrlə çirklənmiş, hərbi sursat, mina, bomba, kimyəvi silahlarla dolu və hələ də insan qalıqlarının tapıldığı ölüm zonası var.

Trend xəbər verir ki, Fransada "Qırmızı zona” adlanan 100 kv.km-lik, hətta Çernobıldakı təcrid regionunu xatırladan bir ərazi var. Burada 1-ci və 2-cü dünya müharibələri zamanı ölmüş minlərlə insanın qalıqları, partlamamış bombalar, minalar var. Torpaq isə kimyəvi silahla zəhərlənib.

1-ci Dünya müharibəsindən sonra Fransa hökuməti bu ərazidən insanları köçürmək qərarına gəldi. Əvvəlcə ərazi 1200 kv.km idi. Kəndlər boşaldılmış, təsərrüfat tamamilə atılmışdı.

1929-cu ildə burada torpağı yenidən kənd təsərrüfatı üçün istifadə etməyə cəhd göstərdilər. Hətta burada sənaye donuz ferması da inşa etdilər. Donuzların otarılması üçün ərazi də daxil olmaqla fermanın sahəsi 25 hektar idi.

Bir müddət ərazidən təmizləmə işi yalnız üzdən aparılırdı. Ötən əsrin 70-ci illərindən isə partlamamış kimyəvi bombaların utilizasiyasına da başladılar.

2004-cü ilə qədər buradakı meşələrə hələ də ovçular və meşəbəyilər gedirdilər. Amma alman alimlərin tədqiqatlarından sonra bura giriş tamamilə qadağan edildi. Məsələ bundadır ki, torpaqdakı arsenin səviyyəsi normadan on minlərlə, suda isə 300 dəfə çoxdur. Bitkilərin və heyvanların orqanizmində anomal həddə qurğuşun aşkar edildi.

Lakin yalnız 2012-ci ildə yerli əhalinin "qazla çirklənmiş” zona adlandırdığı yerə giriş hamıya qadağan edildi və ərazinin hərbi sursatlardan təmizlənməsi üzrə "Minalardan təmizləmə departamenti” yaradıldı. Qonşuluqdakı 544 bələdiyyəyə içməli sudan istifadəni qadağan etdilər. Belə ki, onun tərkibində həddən artıq kimyəvi maddələr aşkar edilmişdi. Daha az çirklənmiş sahələri yenidən kənd təsərrüfatı üçün yararlı hala gətirmək mümkün oldu.

Yenidən məskunlaşdırılmış və daha az çirklənmiş ərazilərdə indi də heyvandarlıq fermaları var. Amma burada indiyədək də hərbi sursatlar tapılır. Onlar xüsusi poliqona daşınır, orada isə istehkamçılar tərəfindən götürülür. Bəzi hallarda sursatları yerindəcə partladırlar. Hər il burada təxminən 900 ton sursat tapılır. Hətta üstündən bir əsr keçməsinə baxmayaraq, "Qırmızı zona”dakı bitki və canlıların 90 faizi tələf olur. Torpaq qurğuşun, civə və sink kimi parçalanmayan metallarla elə zəhərlənib ki, burada hələ 10 min ilə qala bilərlər.

Burada təmizləmə əməliyyatı aparmaq çox risklidir. Ərazidə tez-tez, hətta ağır nəticəli fövqəladə hallar baş verir. Əgər təmizləmə işləri eyni templə davam etsə, buranı 300 ildən tez təmizləmək mümkün olmayacaq. Bəzi mütəxəssislər isə hesab edirlər ki, ümumiyyətlə, buna 700 il vaxt sərf oluna bilər. Hətta bəziləri düşünür ki, bu zona mülki istifadə üçün əbədi yararsızdır.

Ərazinin ətrafında yaşayan sakinlər isə artıq çoxdan müharibədən qalmış mirasdan öz xeyirləri üçün istifadə etməyi öyrəniblər. Bərpa edilmiş Pozer kəndində müttəfiq qüvvələrin xatirəsinə "Le Tommi” adlı kafe və restoran açılıb. Buradakı səngərlərdən biri də turistlər üçün yenidən bərpa edilib. Qadağan olunmuş zonanın ətrafında isə yeni-yeni xatirə yerləri peyda olur. Bəzi sakinlərin özlərinin artefaktlardan ibarət kolleksiyaları da var. Bəziləri isə hətta şəxsi muzeylər açırlar.
 































www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol