• $
  • €
  • ₽
  • ₺
  • £

Erdoğanın partiyası uddu, özü uduzdu

Erdoğanın partiyası uddu, özü uduzdu
08.06.2015 14:39
"Kürd partiyası” kimi tanınan müxalif Xalq Demokratik Partiyası - HDP Türkiyəni prezident dövlətinə çevirmək planlarını alt-üst etdi

Türkiyə prezidenti Recep Tayyip Erdoğanın Ədalət və İnkişaf Partiyası (AKP) bazar günü keçirilən seçkidə hakimiyyətdə olduğu müddətdə ilk dəfə həllidici çoxluğu qazana bilməyib.

Özünün prezident səlahiyyətlərini son dərəcə artırmaq istəyən Erdoğan-a konstitusiyanın dəyişdirilməsi, bunu etmək üçünsə partiyasının mandatların üçdə ikisini qazanması lazım idi.

Qərb məmnundur

Bu planların pozulmasına başlıca səbəb isə kökləri ilə ölkənin kürd əhalisinə bağlı HDP-nin 10 faizlik həddi aşa bilməsi olub. Beləliklə HDP parlament partiyasına çevrilib və indi 13 il şəriksiz hökumət edən AKP digər partiyalarla koalisiya hökumətinin yaradılması üçün ağrılı və uzun danışıqlara girməli olacaq.

Dünyanın və əsas etibarilə Qərbi Avropanın bütün diqqəti bu seçkilərdə idi, çünki Erdoğan son aylar və illərdə getdikcə artan avtoritarlığına görə tənqid edilirdi.

Reuters: Erdoğan Türkiyənin ən müasir, lakin ən bölücü lideridir
Reuters agentliyi Erdoğanı Türkiyənin "ən müasir, lakin ən bölücü lideri” adlandırır.

Koalisiya nəticəsində yaranacaq yeni hökumət ölkədəki stabilliyi qoruyub saxlaya bilməsə, qarşıda erkən və ya Qərb mətbuatının yazdığı kimi qəfil seçkilər keçirilə bilər.

"Putin-Medvedev modeli" Türkiyədə keçmədi

Hazırkı seçkinin nəticələrinə görə AKP 40 faizdən bir qədər çox səs toplaya bilib, halbuki partiya 2011-ci ilin seçkilərində az qala 50 faiz səs toplamışdı.

Tərəfdarlara təskinlik verən baş nazir Ahmet Davutoğlu deyib ki, AKP-nin bu seçkidən də qalib çıxdığını hamı gördü və "qoy heç kəs məğlubiyyətindən qələbə düzəltməsin”.

Bir sıra tənqidçilər isə bildirilər ki, "Erdoğan-Davutoğlu tandemi” Türkiyədə "Putin-Medvedev modeli”kimi işləyə bilməyib.

Bununla belə, AKP-nin bu seçkidəki nəticələri artıq öz təsirini göstərməyə başlayıb. Milli valyuta lirə dollar nisbətdə özünün ən aşağı həddinə çatıb.

Kürdlər bayram edirlər

Cənab Davutoğlunun "heç kəs qələbə düzəltməsin” məsləhətinə rəğmən Diyarbakır şəhərində kürdlər küçələrdə məhz "qələbə bayramı” ediblər.

İlkin nəticələrə görə, səslərin 13 faizinə sahib olan HDP-nin lideri Selahattin Demirtaş artıq bu başdan AKP ilə heç bir koalisiya danışıqlarına daxil olmayacağını elan edib: "Türkiyədə icraçı prezident vəzifəsi və diktatorluq barədə müzakirələrə son qoyuldu”.

Erdoğan və Davutoğlu seçkidən əvvəl xəbərdarlıq etmişdilər ki, bu səsvermə "yeni Türkiyə” ilə keçmişin koalisiyalı hökumətləri arasında seçim olacaq.

Erdoğan bu seçkinin əsas məğlubudur

"Erdoğan bu seçkinin əsas məğlubudur, - deyir İstanbulda mənzillənmiş İqtisadi və Xarici Siyasət Araşdırmaları Mərkəzindən Ülgen Sinan, - Onun iki ideyası vardı: biri ölkəni prezident sisteminə keçirmək, ikincisi isə təkpartiyalı hökumət yaratmaq. Bunların heç biri baş tutmadı”.

Təhlilçilər bildirirlər ki, bu seçkidə HDP-nin taktikası düzgün olub. O mövqeyini sırf "kürd gündəliyi”ndən kənara çıxara bilərək, solçu, dünyəvi, bir sözlə anti-Erdoğan elektoratı cəlb edib.

Şərhçilər həmçinin maraq edirlər ki, bundan sonra Türkiyə dövləti ilə separatçı PKK-nin danışıqları hansı axarda davam edəcək.

Bu seçkidə Cümhuriyyət Xalq Partiyası – CHP yenə də parlamentin ikinci böyük partiyası olub.

Partiyanın İstanbul üzrə lideri Murat Karayalçın deyib ki, nəticə icraçı prezidentlik institutuna "aşkar yox” deyib.

Koalisiya indidən qəliz görünür

AKP-nin mümkün koalisiya müttəfiqlərindən sayılan Milliyyətçi Hərəkat Partiyası səslərin 16 faizini əldə etməklə üçüncü böyük partiya sayılır.

Lakin partiyanın lideri Devlet Bahceli də AKP ilə hər hansı ittifaqı istisna edib və deyib ki, belə vəziyyətdə çarə erkən seçkinin çağırılmasıdır.

"Birinci variant AKP və HDP koalisiyasıdır, ikinci variant AKP, CHP və HDP-dir. Əgər bunlar alınmasa, onda erkən seçki keçirilməlidir” – deyib MHP lideri.

Öz növbəsində AKP də MHP ilə hər hansı koalisiyanı mümkün saymır. Partiya liderləri bildirirlər ki, əgər belə bir ittifaqa girsələr, gələn seçkilərdə bundan da zəif nəticə göstərə bilərlər. /Azadliq.org

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol