• $
  • €
  • ₽
  • ₺
  • £

AB sədri: "Rusiya ilə bağlı sanksiyalar daha da sərtləşdirilməlidir"

AB sədri: "Rusiya ilə bağlı sanksiyalar daha da sərtləşdirilməlidir"
08.06.2015 15:35
Almaniyanın cənubundakı Bavariya əyalətində dünən başlanan G7 zirvə toplantısının gündəmini dünya iqtisadiyyatı ilə bağlı problemlər təşkil edib. Gündəliyə Ukrayna böhranı ilə bağlı məsələlər də salınıb. Zirvə toplantısına qatılan sənayeləşmiş ölkə təmsilçiləri Rusiyanın Ukraynada böhran yaratması səbəbilə G7-yə dəvət edilməməsində həmfikir olduqlarını bəyan ediblər.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, toplantı haqqında alman televiziyasına açıqlama verən federal baş nazir Angela Merkel G7 ölkələrinin ortaq dəyərlərə önəm verdiklərini bildirib. O, Rusiyanını Kırımı işğal etməsi ilə Ukraynada böhrana səbəb olduğunu deyib, buna görə də sənayeləşmiş ölkələrin zirvə toplantısına qoşulmasını mümkünsüz hesab edib. Merkel Rusiyanın Minsk Anlaşmasına əməl edənə və Ukraynanın ərazi bütövlüyünü tanıyana qədər bu sanksiyaların davam edəcəyini vurğulayıb.

İngiltərə baş naziri Devid Kameron zirvə toplantısı ilə bağlı açıqlamasında 7 üzv ölkənin birlikdə və qərarlı hərəkət etdiklərini ifadə edib. Avropa Birliyinə sədrlik edən polşalı siyasətçi Donald Tusk da Rusiyaya qarşı sanksiyaalrın daha da sərtləşdirilməsinin tərəfdarı olduğu bəyan edib.

G7 zirvə toplantısının gündəliyinə əvvəldən nəzərdə tutulmayan məsələlər də daxil edilib. Bu, Yunanıstanla bağlı olub. AB diplomatlarınını verdiyi məlumata görə, Yunanıstanla aparılan görüşlərin nəticələri heç də üərkaçan deyil. Afina islahatlar paketi üçün yeni konkret təkliflər gözlədiklərini bildiriblər. Merkel kredit qurumlarıyla Yunanıstan arasında razılığın əldə edilmədiyi üçün bir neçə məsələnin həll edilməsinin lazımlılığını qeyd edib.

Elmay Sarayında keçirilən görüşlərdə ABŞ və AB arasında transatlantik ticarət əalqəsinin genişlənməsi (TTİP) məsələsi gündəmə gətirilib.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol