• $
  • €
  • ₽
  • ₺
  • £

İslam Dövləti qızları “su qiymətinə” satır

İslam Dövləti qızları “su qiymətinə” satır
09.06.2015 19:54

İslam Dövləti yaraqlıları İraq və Suriyada ələ keçirdiyi yeniyetmə qızları qul bazarlarında "su qiymətinə” satır. BMT-nin cinsi zorakılıq üzrə elçisi Zainab Bangura iyunun 8-də deyib. O, apreldə İraq və Suriyaya səfər edib. Elçi silahlı qruplaşmanın əsir götürdüyü 3-8 min qıza qarşı dəhşətli cinsi zorakılıqla bağlı fəaliyyət planı üzərində işləyir.

Xarici döyüşçülərin cəlbi üçün qızların oğurlanması İD-nin strategiyasının əsas hissəsinə çevrilib. Qruplaşma son 18 ay ərzində İraq və Suriya boyunca xeyli irəliləyib.

"Onlar bununla gəncləri cəlb edirlər – "sizi gözləyən qadınlar var, bu bakirə qızlarla evlənə bilərsiniz”,” o, Frans Pres agentliyinə deyib. "Onlar əraziləri tutanda qadınları oğurlayır, ələ keçirirlər, indi onlarda yeni qızlar var”.

Elçi qızların "su qiymətinə” satıldığını bildirib. Ən yaxşı halda isə onlara bir neçə yüz dollardan min dollaradək qiymət qoyurlar. /Azadliq.org

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol