• $
  • €
  • ₽
  • ₺
  • £

İŞİD-ə meydan oxuyan qadınlar - FOTOLAR

İŞİD-ə meydan oxuyan qadınlar - FOTOLAR
09.06.2015 16:14
2014-cü ilin iyununda Suriya sərhəddini keçərək İraqa daxil olan "İslam Dövləti” (İŞİD) terroçu qruplaşması Bağdaddakı şiə hökumətindən narazı qalan sünni əhalisinin yardımı ilə geniş ərazilər zəbt etdi.
 
 
Bu hadisə "İslam Dövləti”nə Bəşər Əsəd hakimiyyətinə qarşı vuruşan çoxsaylı müstəqil silahlı dəstələrdən biri kimi deyil, öz ərazisi və hərbi gücü olan yeni qlobal təhlükə mənbəyi kimi baxılmasını tələb edirdi.  

İraq və Suriya ordusunun inadlı müqavimət göstərə bilmədiyi "İraq-Şam İslam Dövləti” ən ciddi zərbəni yerli kürd birləşmələrindən aldı.  

Xüsusən, Suriyanın Türkiyə ilə sərhəddəki Kobani şəhəri uğrunda gedən 2 aylıq qanlı döyüşlər hərbləşmiş kürd dəstələrinin kifayət qədər güclü qüvvə olduğnu sübut etdi.  

Maraqlıdır ki, bu dəstələrdə qadın döyüşçülərin sayı 10-40% arasında dəyişir. Şərqdə qadınların daim kişiyə tabe olan və hərbi işlərdən uzaq biri olması ilə bağlı qəlibləşmiş təsəvvürlər kürd qadınları tərəfindən alt-üst edilir.

Suriyadakı ən böyük kürd partiyası (Demokratik İttifaq) nəzdində yaradılan "xalq özünümüdafiə dəstələri”, Kürd İşçi Partiyasının (PKK) qadınlardan ibarət hərbi dəstələri və Türkiyə Marksist-Leninist Partiyasının sıravi üzvləri, İraq Peşmərgə ordusunun qadınlardan ibarət bütöv batalyonları bu hərbi qüvvənin əsasını təşkil edir.

Modern.az saytı Qərb fotoreportyorlarının İraq və Suriyada kürd qadınlarının döyüş hazırlığını göstərən fotolarını təqdim edir.
 










www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol