• $
  • €
  • ₽
  • ₺
  • £

“Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edilə bilər”

“Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edilə bilər”
10.06.2015 13:57
ABŞ-ın iqtisadiyyat naziri Jacob Lew ukraynalı baş nazir Arseniy Yatsenyuk ilə görüşündə Rusiyanın Ukraynanın şərqindəki təcavüzkar hərəkətlərinə cavab olaraq Böyük Yeddilik ölkələrinin hər zaman yeni sanksiyalar tətbiq etməyə hazır olduğunu bildirib.

Jacob Lew deyib ki, Vaşinqton Ukraynanın kommersiya borclarının restrukturizasiyası ideyasını da dəstəkləyir.

Bir müddət əvvəl də Barak Obama Rusiyaya qarşı yeni sanksiyaların böyük yeddiliyin sammitində "siyasi” yox "texniki” mərhələdə müzakirə olunduğunu demişdi.

Bu, o deməkdir ki, qərb dövlətləri yalnız sülh prosesi çətinliklə üzləşərsə, yeni sanksiyalar haqqında qərar verəcəklər.

Böyük Yeddiliyin sammitində Barak Obama və Angela Merkel birgə bəyanat yayaraq atəşkəs haqqında Minsk razılığı yerinə yetirilməyənə qədər Rusiyaya qarşı sanksiyaların qüvvədə qalmalı olduğunu bildiriblər.

Barak Obamanın sözlərinə görə, rus hərbi qüvvələri Ukraynanın suverenliyini və ərazi bütövlüyünü pozmağa davam edərək hələ də ölkənin şərqindədir.

Rəsmi Moskva isə bu iddiaları rədd edərək, Ukrayna ərazisində rus hərbi qüvvələrinin olmadığını bildiririr.//bbc.com/azeri
www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol