• $
  • €
  • ₽
  • ₺
  • £

​Bülənt Arınc: "Siyasətdə "qırmızı xətt" anlayışı yoxdur"

​Bülənt Arınc: "Siyasətdə "qırmızı xətt" anlayışı yoxdur"
12.06.2015 16:08
"Keçmiş 4 nazirin məsələsini yenidən gündəliyə çıxaranlar Türkiyə Konstitusiyasını bilmir".

"Report" xəbər verir ki, bunu Türkiyə baş nazirinin müavini, hökumət sözçüsü səlahiyyətlərini icra edən Bülənt Arınc deyib.

O bildirib ki, seçkidən 5 gün keçib və bu müddətdə təxmini nəticələr açıqlanıb: "Parlament üzvləri and içməli, Türkiyə Böyük Millət Məclisinə sədr seçməlidir. Bundan sonra baş nazir Əhməd Davudoğlu hökumətin qurulması ilə bağlı görüşlər keçirəcək".

B.Arınc hökumətin qurulması ilə bağlı danışıqların hələ başlamadığını, amma bu yöndə KİV-də çeşidli məlumatların yayılmasının təbii olduğunu söyləyib: "Ancaq bu haqda yazılanların heç biri rəsmi deyil. İyunun 14-də Nazirlər Kabineti toplanacaq".

O, koalisiya hökumətinin qurulması ilə bağlı irəli sürülən şərtlərə də münasibət bildirib. B.Arınc deyib ki, 2013-cü il dekabrın 17-25-də keçirilən antikorrupsiya əməliyyatı bir dəfə parlamentdə müzakirə olunub: "Keçmiş 4 nazirlə bağlı məsələnin yenidən gündəliyə çıxarılması ölkə konstitusiyasını çeynəməkdir. Bu məsələnin gündəmə gətirilməsi Əsas Qanunu bilməməkdən irəli gəlir".

Onun sözlərinə görə, siyasətdə "qırmızı xətt" olmaz: ""Qırımızı xətt"im budur. "Qəbul etmirəm" anlayışı doğru deyil. Özünə güvənən siyasətçi bu yolu tutmaz. Doğru-düzgün fəaliyyət göstərilərsə, ölkə üçün faydalı bir hökumətin qurulacağını düşünürəm".

Qeyd edək ki, Cümhuriyyət Xalq Partiyası və Milliyətçi Hərəkat Partiyasının koalisiya hökumətinin qurulmasında iştirak etmək üçün irəli sürdükləri şərtlərdən biri də keçmiş 4 nazirin işi ilə bağlı parlament komissiyasının yaradılması və həmin əməliyyata dair sənədlərin Türkiyə Böyük Millət Məclisində yenidən müzakirə edilməsidir. 


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol