• $
  • €
  • ₽
  • ₺
  • £

NATO-dan “Qarabağı Azərbaycana qaytar” tələbi

NATO-dan “Qarabağı Azərbaycana qaytar” tələbi
29.05.2020 04:01
Milana Sarapatki: "Zaman Ermənistanın əleyhinə işləyir”.

NATO Parlament Assambleyasının İrəvanda keçirilmiş 89-cu seminarında çexiyalı deputat Milana Sarapatki Ermənistana Qarabağı Azərbaycana qaytarmağın vaxtının çatması barədə xəbərdarlıq edib. 

ANS PRESS-in məlumatına görə, çex deputat çıxışı zamanı bildirib ki, zaman Ermənistanın əleyhinə işləyir. O rəsmi İrəvana sualla müraciət edib: "Ermənistan işğal etdiyi əraziləri geri qaytarmağa hazırdırmı?”. Çex deputat Qarabağ münaqişəsinin yalnız ərazi bütövlüyü prinsipi əsasında həll edilə biləcəyini bildirir. 

Çex deputata cavab vermək üçün Ermənistan xarici işlər nazirinin müavini Aşot Avakimyan söz alıb. O iddia edib ki, yaranmış durum Qarabağ məsələsini ərazi bütövlüyü prinsipi əsasında həll etməyə imkan vermir. Avakimyan iddia edib ki, ərazilərinin qaytarılması məsələnin birtərəfli həllidir və Azərbaycan tərəfi də müəyyən güzəştlər təklif eləməlidir. 

Əslində isə Azərbaycan tərəfi həmişə öz güzəştlərini təqdim edib - Dağlıq Qarabağa Azərbaycan daxilində ən yüksək muxtariyyət veriləcək, Qarabağ erməniləri özünüidarə hüququ qazanacaqlar. Amma nədənsə İrəvandakı siyasətçilər bunu qulaqardına vururlar. Bu isə münaqişənin müharibə yolu ilə həllini vacib edir. Bu məsələdə isə, Milana Sarapatkinin dediyi kimi, zaman Bakının xeyrinə dəyişir. 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol