• $
  • €
  • ₽
  • ₺
  • £

Putin yunanları ələ aldı, “Türk axını” memorandumu imzalandı

Putin yunanları ələ aldı, “Türk axını” memorandumu imzalandı
19.06.2015 14:28
Bu gün Sankt-Peterburqda keçirilən Beynəlxalq İqtisadi Forum zamanı Rusiya ilə Yunanıstan arasında "Türk axını” qaz kəməri layihəsinə dair anlaşma memorandumu imzalanıb.

Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, sənədi Rusiya tərəfdən energetika naziri Aleksandr Novak və onun yunan həmkarı Panayiotis Lafazanis imzalayıblar. Bu, "Türk axını” layihəsinə dair imzalanan ilk rəsmi sənəddir.

Aleksandr Novak bildirib ki, Yunanıstana qədər uzanacaq kəmərin illik gücü 47 milyard kubmetr olacaq. Onun sözlərinə görə, layihənin inşası üzrə Yunanıstana lazım olacaq vəsaitin hamısını Rusiya kredit şəkilində ayıracaq.

Yunanıstanın energetika naziri Lafazanis bəyan edib ki, müqavilə Avropa İttifaqına qarşı yönəlməyib.

Rusiyanın energetika naziri bir gün əvvəl deyib ki, "Türk axını”nın dəniz hissəsinin tikintisi bu ayın sonunda başlayacaq. Onun sözlərinə görə, baza variantı kimi kəmərin Yunanıstan, Makedoniya, Serbiya və Macarıstandan keçməsi planlaşdırılır. Daha sonra kəmərlə nəql olunacaq Rusiya qazı Avstriyanın Baumqarten regionunda paylanma məntəqəsinə daxil olacaq.

Bununla belə Novak kəmərin tikintisinin Avropa İttifaqının mövqeyindən asılı olacağını da vurğulayıb.

Xatırladaq ki, "Türk axını” marşrutunun bir hissəsi Azərbaycan qazının Avropaya nəqli üçün nəzərdə tutulan Cənub Qaz Dəhlizini təkrarlayır. Kəmər Türkiyənin Yunanıstanla sərhədinə TANAP kəməri ilə eyni məntəqədə çıxmalıdır.

Habelə Azərbaycan qazının nəqli üçün seçilən TAP kəməri layihəsinin əsas tranzit ölkəsi olan Yunanıstan son zamanlar bu layihəyə əngəllər yaratmağa, Azərbaycanla əldə edilmiş energetika razılaşmalarına yenidən baxmaq barədə xəbərdarlıqlar etməyə başlayıb.

Eyni vaxtda yunan solçu hökuməti Rusiya prezidenti Vladimir Putinlə sıx təmasa keçib. Putin Yunanıstanı "Türk axını” layihəsinə qoşmaq üçün Afinaya maliyyə yardımı, habelə kəmərin tikintisi üçün kredit vəd edib. Avropa İttifaqı ilə borc danışıqlarının dalana girdiyi bir vaxtda Yunanıstan baş naziri Aleksis Tsipras Rusiyaya səfər edərək Putinlə anlaşıb.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol