• $
  • €
  • ₽
  • ₺
  • £

DİN: Azərbaycanda “vorzakon” və “narkobaron”ların kökü kəsilib

DİN: Azərbaycanda “vorzakon” və “narkobaron”ların kökü kəsilib
19.06.2015 16:10
"Polis onları zərərsizləşdirib”.

Daxili İşlər Nazirliyi Bakıda "narkobaron” bıçaqlanması ilə bağlı mətbuatda yayılmış məlumata münasibət bildirib. 

Oxu.Az xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Milli.Az-a açıqlamasında deyib ki, bəzi mətbuat orqanlarında "narkobaron” və ya "vorzakon” bıçaqlanması ilə bağlı yayılanlar şişirtmədir.

Rəis müavininin sözlərinə görə, Azərbaycanda cinayətkarlığa qarşı aparılan ciddi mübarizənin nəticəsidir ki, artıq ölkədə nə "narkobaron” var, nə də "vorzakon”. Onların kökü 1994-cü ildə kəsilib. 

Suraxanıda baş verən hadisəyə gəlincə, E.Zahidov qeyd etdi ki, həmin rayonun polis əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində bir nəfərdən heroin götürülüb. Aparılan tədbirlərin davamı olaraq müəyyən edilib ki, ona narkotik maddəni satan Aydın Bağırov və onun ögey oğlu Ənvər Məmmədovdur. Onların hər ikisi əvvəllər məhkumluq həyatı yaşayıb.

Polisin onları yaxalayacağını hiss edib özlərinə bıçaqla xəsarət yetiriblər. Onların bütün cəhdlərinə baxmayaraq, polis onları zərərsizləşdirib. Evlərinə baxış zamanı 330 qrama yaxın heroin götürülüb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib, müalicə olunurlar. 

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol