• $
  • €
  • ₽
  • ₺
  • £

Taliban Əfqanıstan parlamentinə hücum edib

Taliban Əfqanıstan parlamentinə hücum edib
22.06.2015 15:19
Taliban, paytaxt Kabulda yerləşən Əfqanıstan parlamentinə hücum edib.

Ağır döyüşlərin ardından hücumu təşkil edən altı silahlı şəxs qətlə yetirilib, daxili işlər nazirliyindən bildirilib. Hücumu təşkil edənlər parlament binasının qarşısında bomba quraşdırılmış avtomobili partladıblar, məlumatda deyilir. Polis hücum edənlərə qarşı vuruşmaqla yanaşı, parlament binasını da boşaldıb. Talibanın bildirdiyinə görə, onlar bu hücumu parlamentdə yeni müdafiə nazirinin təsdiqi üçün səsvermənin keçirilməsi ilə əlaqədar təşkil ediblər. Hadisə, yeni müdafiə naziri Massoom Stanekzai-nin millət vəkillərinə təqdim edildiyi vaxt baş verib. 
 
Sosial mediada yayılmış şəkillərdə parlamenti tüstü basdığı və insanların binadan qaçdığı görünür. Məlumatlarda Kabul şəhərinin Dahmazang ərazisində də partlayışın baş verdiyi bildirilir. Təcavüzkarların hücum etdiyi və parlament üzvlərinin binanı tərk etdiyi vaxt televiziya binadan canlı yayımlanıb. Bir qadın millət vəkilinin isə yaralandığı bildirilir. Hətta Əfqanıstan standartlarına görə, bu çox dramatik bir səhnədir və polis binanı təmizləmək və hücum edənlərlə mübarizə üçün kompleks əməliyyat həyata keçirir, Kabuldakı BBC müxbiri David Loyn bildirib.
 
Ölkədə bir neçə aydır ki, müdafiə naziri yoxdur və bu hücum hökumətə açıq mesajdır, müxbirimiz bildirib. bbc.com/azeri

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol