İŞİD-ın əsas rəhbərlərindən biri öldürüldü

ABŞ-ın İraq ərazisində təşkil etdiyi hücum nəticəsində İŞİD-in əsas rəhbərlərindən birinin öldürüldüyü deyilir.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, öldürülən şəxsin adı 2012-ci ildə Liviyanın Binqazi şəhərindəki ABŞ səfirliyinə hücum təşkil edənlər arasında olub.
Pentaqonun mətbuat katibi Steyv Varen açıqlamasında bildirib ki, 15 iyun tarixində ABŞ ordusunun hava hücumu zamanı öldürülən Tunis əsilli Əli Ayni əl Harzi 2012-ci il sentyabrın 11-də ABŞ-ın Liviyadakı səfirli Kris Stevens daxil olmaqla daha 4 amerikalının öldürülməsində təqsirli bilinirdi.
Varen qeyd edib ki, öldürülən şəxs İŞİD-in rəhbərliyində yer tutan nüfuzlu adam olub, o, Şimali Afrika və Orta Şərq çoğrafiyası boyunca səlahiyyətlərə sahib olub.
www.ann.az
























