• $
  • €
  • ₽
  • ₺
  • £

BMT baş katibi Dağlıq Qarabağdan danışdı: "Məni çox narahat edir"

BMT baş katibi Dağlıq Qarabağdan danışdı: "Məni çox narahat edir"
23.06.2015 15:05
"Hər hansı hərbi qarşıdurma iki ölkə və ümumilikdə bütün region üçün dağıdıcı olacaq, ağır nəticələrə gətirəcək"

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının bugünkü plenar iclasında Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Ban Gi Mun Assambleya iştirakçıları qarşısında çıxış edib.
 
APA-nın Avropa müxbiri xəbər verir ki, daha sonra baş katib Assambleya üzvlərinin suallarını cavablandırıb.
 
Azərbaycan nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva Ermənistanın Azərbaycan ərazilərinin 20% işğal etdiyini, BMT Təhlükəsizlik Şurasının dörd qətnamə qəbul etməsinə baxmayaraq, işğalı hələ də davam etdirdiyini diqqətə çatdıraraq, Ermənistanın bu qətnamələri icra etməsi üçün BMT-nin hansı ölçülər götürə biləcəyinə dair baş katibə sual ünvanlayıb.
 
BMT-nin baş katibi Azərbaycanla Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həll edilə biləcəyini söyləyib.
 
"Atəşkəsin mütəmadi pozulması məni çox narahat edir. Ermənistanla Azərbaycan arasında nələrin baş verdiyini görürük, Dağlıq Qarabağ bölgəsində demək olar hər gün hər iki tərəfdən insan itkiləri baş verir. Hər iki tərəfin istifadə etdiyi nifrət dolu bəyanatlar məni narahat edir. Bu ölkələr arasında gərginlik yüksəlməkdədir. Mən hər iki ölkəni münaqişənin sülh yolu ilə həll etməyə çağırıram. Hər hansı hərbi qarşıdurma iki ölkə və ümumilikdə bütün region üçün dağıdıcı olacaq, ağır nəticələrə gətirəcək. Bu münaqişənin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Burada əsas ideya tərəflər arasında dialoqun aparılması və davamlı həllin əldə edilməsi üçün səylərin davam etdirilməsidir”, - deyə baş katib vurğulayıb. 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol