• $
  • €
  • ₽
  • ₺
  • £

Avropa Şurasında yeni təyinat

Avropa Şurasında yeni təyinat
23.06.2015 23:38
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yay plenar sessiyasının ikinci iş günündə Avropa Şurası baş katibinin müavini postuna seçkilər keçirilib.

ANS PRESS-in məlumatına görə, plenar sessiyanın sonunda Assambleyanın 165 üzvü - əksər səs çoxluğu - Qabriella Battaini-Draqonini yenidən uç il müddətinə Avropa Şurası baş katibinin müavini seçiblər. Onun yeni mandat çərçivəsində səlahiyyətləri 1 sentyabr 2015-ci il tarixindən qüvvəyə minəcək.

O, ilk dəfə baş katibin müavini kimi səlahiyyətlərinin icrasına 1 sentyabr 2012-ci ildə başlayıb.

Qeyd edək ki, bu dəfə baş katib postuna yalnız Q.Battaini-Draqoninin namizədliyi irəli sürülüb.

Xatırladaq ki, AŞ daxilində aparılan islahatlardan sonra sözügedən vəzifənin səlahiyyət müddəti beş ildən üç ilə endirilib.

Xanım Q.Battaini-Draqoni AŞ-də müxtəlif vəzifələrdə çalışıb. O, 2001-2004-cü illərdə AŞ-nin sosial birlik üzrə, 2004-2011 illərdə isə AŞ-nin təhsil, mədəniyyət və irs, gənclər və idman üzrə baş direktoru və təşkilatın mədəniyyətlərarası dialoq üzrə və diskriminasiyaya qarşı kampaniya üzrə koordinatoru vəzifələrində çalışıb. O, habelə 2011-2012-ci illərdə AŞ-nin proqramlar üzrə baş direktoru olub, təşkilat daxilində baş direktor vəzifəsinə təyin olunan ilk qadın olub.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol