• $
  • €
  • ₽
  • ₺
  • £

“Google” jurnalistlər üçün yeni servis işə salıb

“Google” jurnalistlər üçün yeni servis işə salıb
24.06.2015 23:59
"Google” şirkəti jurnalistlər üçün nəzərdə tutulan yeni "News Lab” xidmətini istifadəyə verib. 
 
"Bizim missiyamız jurnalistlər və sahibkarlarla əməkdaşlıq edərək gələcək KİV-i yaratmağa yardım etməkdən ibarətdir”, - "Google News Lab” bölməsinin direktoru Stiv Qrouv bildirib.
 
Yeni servisə nəşriyyatların "Google” resurslarından, o cümlədən xəritələr, "YouTube”, "Fusion Tables” və "Earth to Search” xidmətlərindən maksimum fayda qazanmaqla bağlı mövzularda tövsiyələr və videotəlimatlar daxil ediləcək.
 
"Google” həmçinin maliyyə dəstəyi göstərmək və şirkət əməkdaşları tərəfindən tövsiyələr vermək məqsədilə media startapları ilə işləyən "Matter and Hacks/Hackers” təşkilatı ilə əməkdaşlıq edir.
 
Şirkət nümayəndəsi qeyd edib ki, yeni layihənin məqsədi gələcək xəbərlərin və informasiyanın obrazının yaradılmasına yönələn proqramların ərsəyə gətirilməsi, eləcə də KİV-də yeni səslərin imkanlarının genişlənməsidir.
 
"Google” həmçinin "TechRaking” proqramını istifadəyə verib. Burada şirkət və Jurnalist Araşdırmaları Mərkəzi araşdırmaların aparılmasında yeni metodikaların hazırlanması üzərində birgə çalışacaqlar.
 
S.Qrouv vurğulayıb ki, qlobal "News Lab” təşəbbüsdür. Hazırda layihə çərçivəsində ABŞ, Böyük Britaniya, Fransa və Almaniyadan olan mütəxəssislər qrupu işləyir, - "Searchengines” yazır. 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol