• $
  • €
  • ₽
  • ₺
  • £

Moskvadan Sərkisyana çağırış: “ABŞ səfirini təcili qov!”

Moskvadan Sərkisyana çağırış: “ABŞ səfirini təcili qov!”
25.06.2015 17:59
Ermənistanda davam edən izdihamlı aksiyalar Rusiyada ciddi təşvişlə izlənməkdədir.

Virtualaz.org saytı xəbər verir ki, Kremlə bağlı siyasətçilər, ekspertlər və KİV-lər bu hadisələri ciddi narahatlıqla müzakirə etməkdədir.

Geosiyasi Ekspertiza Mərkəzinin rəhbəri, politoloq Valeri Korovin "LifeNews” telekanalına açıqlamasında bildirib ki, Ermənistandakı etirazları yatırmağın ən effektiv yolu ABŞ səfirini təcili bu ölkədən qovmaqdır.

"Bu, prosesi başsız qoyacaq, situasiyanı qarışdıracaq və etiraz hərəkatında fasilə yaradacaq, erməni hakimiyyəti güc toplamaq üçün taym-aut qazanacaq”- deyə Korovin bildirib.

Rusiyalı ekspertin qənaətinə görə, yeni səfir göndərilənə qədər bu taktiki gediş situasiyaya nəzarəti ələ almağa kömək edəcək. Lakin problemi kökündən həll etməyəcək: "Amerikalılar düşüncə, fikirlə işləyir. Kütlə isə düşüncə istehsal etmir, onu elitalardan mənimsəyir. Amerikalılar cəmiyyəti yenidən elə kodlaşdırır ki, hansısa məqamda cəmiyyət öz elitasına məxsus olmur, xaricdən yönləndirilir”.

Korovinin sözlərinə görə, ABŞ-ın məqsədi kiçik Ermənistan deyil, əlbəttə ki, Rusiyadır. Onun fikrincə, amerikalılar Rusiyanın İrana çıxışını məhdudlaşdırma istəyir və onu cənubdan blokadaya almağa çalışır.

"Gürcüstanda artıq işləyiblər, Azərbaycan tərəddüd edir, Ermənistan isə müttəfiqfir. Bu, ABŞ-a sərf etmir”- deyə Korovin bildirib.

Rusiya Federasiya Şurasının beynəlxalq işlər üzrə komitəsinin üzvü Konstantin Kosaçev isə deyib ki, İrəvanda baş verənlər açıq-aşkar rəngli inqilabdır.

"Digər inqilablar da belə başlamışdı. Proseslər əvvəlcə siyasi mahiyyət kəsb etməyən hansısa hadisəyə görə başlayır, sonra siyasi məcraya keçir. Ermənistan da belə ssenaridən sığoralanmayıb”-Kosaçev deyib.

Kosaveçin sözlərinə görə, bu hadisələrin arxasında Qərbin dayandığına şübhə yoxdur: "Bizə çoxdan məlumdur ki, Ermənistanda nə qədər QHT işləyir və onlar Qərbdən nə qədər vəsait alır. Bu QHT-lərin əksəriyyəti ictimai rəyi Rusiyaya qarşı kökləməyə çalışır, vətəndaş cəmiyyətini qərbmeylli seçimə yönləndirir. Bu, həmin əhval-ruhiyyəni qızışdranların böyük,radikal səhvidir”.

Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin rəhbəri Leonid Slutski isə deyib ki, dost ölkə Ermənistanda baş verənlər Rusiyanı ciddi narahat etməlidir.

Slutski əmindir ki, Ukrayna uğrunda geosiyasi savaş başladan qüvvələr Rusiyanı digər cinahlardan da zəiflətməyə, müttəfiqlərindən aralamağa və postsovet məkanında inteqrasiya proseslərinə mane olmağa çalışır.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol