• $
  • €
  • ₽
  • ₺
  • £

Şiə məscidini partlatmış terrorçunun yardımçısı yaxalandı

Şiə məscidini partlatmış terrorçunun yardımçısı yaxalandı
28.06.2015 12:00
Küveyt polisi Əl - Küveyt şəhərində terrorçu-kamikadzeni avtomobillə şiə məscidinə gətirmiş qeyri-leqal miqrantı yaxalayıb. 

ANS PRESS-in məlumatına görə, bu barədə Küveyt Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Körfəzdə yerləşən bu neft krallığının paytaxtında yerləşən şiə məscidində partlayış iyunun 26-da cümə namazı zamanı baş verib. Hadisə nəticəsində 27 nəfər həlak olub və 230 nəfə yaralanıb. 

Həbs edilmiş sürücünün adı Abdurahman Sabah Aydandır. O, 1989-cu ildə anadan olub və Küveyt qeydiyyatı yoxdur. Abdurahman Sabah Aydan Əl-Küveytin cənubunda yerləşən evdə gizlənib. Polisdən hesab edirlər ki, ev sahibi radikal cərəyanların tərəfdarıdır. Sürücünün sərnişinin terrorçu olduğunu bilib-bilmədiyi hələ dəqiq məlum deyil.

Dünən istintaq nəticəsində partlayışla bağlı üç nəfər həbs edilib. Hadisə ilə bağlı məsuliyyəti öz üzərinə İŞİD götürüb. 

Eyni gündə terror hadisələri Fransada (1 ölü), Tunisdə (40 ölü) və Somalidə (50 ölü) baş verib. Qər xüsusi xidmət orqanları partlayışların bir-biri ilə bağlı olmasını güman edir. Çünki İŞİD Ramazan ayını "fəlakət dövrü"nə çevirməyə söz vermişdi.
www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol