• $
  • €
  • ₽
  • ₺
  • £

Yunanıstanda banklar altı günlük bağlanır

Yunanıstanda banklar altı günlük bağlanır
29.06.2015 11:05
İyunun 28-də gecə Yunanıstanın baş naziri Alexis Tsipras elan edib ki, ölkə bankları növbəti altı iş günü ərzində bağlı qalacaq, banklardan pul çıxarılmasını əngəlləmək üçün kapital nəzarəti tətbiq olunacaq.

Bu tədbirlər Yunanıstan maliyyə sabitliyi şurasının iclasında razılaşdırılıb. Beynəlxalq kreditorlar ölkənin borcu üçün vaxtı uzatmayıb. Qoyulmuş vaxt iyunun 30-da bitir. Tsipras iyunun 26-da qəfildən elan edib ki, ölkəyə borc verilməsinin şərtlərinə dair referendum keçiriləcək. Bundan sonra yunanlar banklardan və ATM-lərdən pullarını çıxarmağa başlayıblar.

Yunanıstan iyunun 30-dək Beynəlxalq Valyuta Fonduna (BVF) 1.7 milyard dollarlıq borcunu ödəməlidir. Vaxta bircə gün qalır, defolt təhlükəsi və ya avrozonadan çıxmaq ehtimalı güclənir. Tsipras deyib ki, borc müddətinin az da olsa uzadılması xahişini bir də irəli sürəcək. BVF iyunun 28-də bildirib ki, böhrana nəzarət edir və Yunanıstana yardım göstərməyə hazırdır. /Azadliq.org

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol