• $
  • €
  • ₽
  • ₺
  • £

Tunisdə ölən britaniyalıların sayı 30-a çatdı

Tunisdə ölən britaniyalıların sayı 30-a çatdı
29.06.2015 12:19
Tunisdə otelə hücum nəticəsində ölən Britaniya vətəndaşlarının sayı 30-a çatıb. 38 nəfərin ölümü ilə nəticələnmiş Sousse şəhəri yaxınlığında baş vermiş silahlı hücum üçün cavabdehliyi İslam Dövləti (İD) öz üzərinə götürüb. Silahlı şəxs hadisə yerinldə öldürülüb.

Baş nazir David Cameron Daily Telegraph qəzetinə deyib ki, Britaniya baş vermiş hadisədən şokdadır və ölənləri hörmətlə anır, amma özünü qorxutmağa icazə verməyəcək.

Britaniya kraliçası II Yelizaveta qətlə yetirilənlərin ailələrinə baş sağlığı verib.

Tunisdə yaralanmış və ya itkin düşmüş qohumlarını gözləyən ailələr də var. Hadisədən sonra ölənləin kimliyinin müəyyənləşdirilməsi ilə bağlı problemlər yaşanır. Bu da Tunisin qanunlarına görədir.
Hakimiyyətdəki yüksək vəzifəli mənbənin sözlərinə görə, müəyyənləşdirilmə üçün şəxslərin ya tibbi, ya da stomatoloji məlumatları gərəklidir. Ölənlərin üzərində isə heç bir sənəd aşkarlanmayıb. Bu çətinliyi Britaniyanın Daxili İşlər nazirliyi də təsdiqləyib.

Bazar günü vəfat edənlərin xatirəsinə Britaniyada bütün dövlət orqanları binalarının qarşısındakı bayraqlar endirilib.
Skotland Yard hadisə ilə bağlı istintaqı 2005-ci ildə Londonda baş vermiş partlayışdan sonra ən böyük əks-terror əməliyyatı adlandırıb. Hazırda istintaqa 600-dən çox müstəntiq və polis əməkdaşı cəlb olunub ki, onların əksəriyyəti Britaniya hava limanlarında Tunisdən geri dönən vətəndaşlarla danışırlar.

Bundan başqa, hadisə yerinə kriminalistlər və zərərçəkənlərin qohumları ilə iş üzrə mütəxəssislər də daxil olmaqla 16 polis əməkdaşı göndərilib.
Britaniya Xarici işlər Nazirliyi Tunisdə təkrar hadisələırin ola biləcəyi haqqında xəbərdarlıq edərək, vətəndaşları ehtiyyatlı olmağa çağırıb.
Hazırda Tunisdə yerləşən Britaniya turizm operatorları geri qayıtmaq istəyənlər üçün əlavə aviareyslər təşkil edirlər. Tunisə olan uçuşlar isə müvəqqəti dayandırılıb.

Thomas Cook turizm agentliyi hadisə baş verəndən bəri 3600 vətəndaşın Britaniyaya geri döndüyünü bildirib.

Sousse kurort şəhərindəki bu silahlı hücum Tunisin tarixində ən qanlı hadisələrdən biridir.

Bu ilin mart ayında da Tunisdə hücum zamanı silahlılar Bardo muzeyində, əsasan xaricilər olmaqla, 22 nəfəri qətlə yetirmişdi.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol