• $
  • €
  • ₽
  • ₺
  • £

BMT azərbaycanlı qaçqınları qeydiyyata almamasın cavab verdi

BMT azərbaycanlı qaçqınları qeydiyyata almamasın cavab verdi
29.06.2015 12:30
Hər il iyunun 20-si bütün dünyada Ümumdünya Qaçqınlar Günü kimi qeyd edilir.

Azərbaycanın da kifayət qədər qaçqın və məcburi köçkünün olduğunu nəzərə alan Modern.az saytı Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri Əziz Ələkbərli ilə söhbət edib.

Söhbət əsnasında Əziz Ələkbərli bildirib ki, 1988-ci ildə Qərbi Azərbaycandan çıxarılan və o vaxt sayı 250 min nəfər olan, indi isə  400 mini keçən qaçqın soydaşlarımız BMT-nin 59.9 milyonluq qaçqın siyahısına daxil edilməyib.

Modern.az saytı məsələ ilə əlaqədar BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı nümayəndəliyinə yazılı sorğu göndərib.

Hansı səbəblərdən azərbaycanlı qaçqınlar həmin siyahıya salınmayıb?

Başqa hansı dövlətlərin qaçqınları BMT-nin qaçqınlar siyahısında yoxdur?

Təqdim etdiyimiz sualları BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyi belə cavablandırıb: "BMT QAK-ın statistikası Qaçqınların Statusuna dair 1951-ci il Konvensiyasının meyarları əsasında aparılır və bu statistikaya sığınacaq ölkəsinin vətəndaşlığını əldə etmiş şəxslər daxil edilmir. BMT QAK-ın statistika məqsədləri üçün qaçqın anlayışı bütün dünyaya şamil olunur”.

Politoloq Qabil Hüseynli Modern.az saytına açıqlamasında bildirib ki, həmin qaçqınların ümumdünya qaçqınlar siyahısına salınması üçün Azərbaycan hakimiyyəti səy göstərməli idi: "Qərbi Azərbaycandan gələn qaçqınların BMT-nin qaçqınlar şöbəsində qeydiyyatdan keçməsinə nail olunmalı idi. O zaman BMT Azərbaycandakı məcburi köçkünlərə yardım göstərirdi. Hətta 1993-94-cü illərdə Bərdə rayonunda məcburi köçkün şəhərciyində humanitar yardımı BMT bütünlüklə öz üzərinə götürmüşdü. Amma Qərbi Azərbaycandan olan qaçqınlar gələndə beynəlxalq təşkilatlardan heç kimi Azərbaycana dəvət etmədilər. Həmin dövrdə formal da olsa, sovet hakimiyyəti fəaliyyət göstərirdi. Həm də o zamankı prezident Ayaz Mütəllibov hakimiyyəti faktları gizlətməklə sanki kimlərinsə qarşısında bəraət qazanmaq və yaxud, kimlərinsə tapşırığını yerinə yetirmək istəyirdi. Məhz həmin dövrün siyasi rəhbərliyinin günahıdır ki, 250 min nəfərlik Qərbi Azərbaycandan olan qaçqınlar BMT-nin qaçqınlar siyahısına düşməyib”.

Qərbi Azərbaycandan olan qaçqınların BMT-nin qaçqınlar siyahısına salınmamasına səbəb BMT-nin daxili nizamnaməsinin nə dərəcə rolu olub?

Politoloqun sözlərinə görə, Qərbi Azərbaycandan olan qaçqınların 7-8 ilə yaxın Azərbaycan vətəndaşlığı olmayıb: "Onlar Ermənistan vətəndaşı kimi Azərbaycan ərazisində yaşayıblar. Bu dövrdə onları qeydiyyatdan keçirtmək olardı. Onlar qaçqınlığın bütün meyarlarına cavab verirdi. Bəli, yerli ölkə vətəndaşlığı alındıqdan sonra qaçqınlıq statusu itir. Amma bu şəxslər uzun müddət Azərbaycan vətəndaşlığına daxil olmadılar axı. Yalnız Heydər Əliyevin ikinci dəfə prezident seçkisi dönəmində onlar Azərbaycan vətəndaşlığına qəbul edildi”.

Qabil Hüseynli onu da əlavə edib ki, 1992-ci ildə Qarabağdan gələn məcburi köçkünlər də BMT-nin qaçqınlar siyahısına salınmayıb: "Çünki onlar ölkə daxilindən məcburi köçkün düşüb. Təcavüz qarşısında öz yaşayış yerini dəyişənlər, amma həmin ölkənin ərazisində yaşayanlar qaçqın statusu almır. Onlar məcburi köçkünlərdir. Baxmayaraq ki, onların həyat şəraiti, çəkdikləri əzab-əziyyət qaçqınların parametrlərinə uyğundur. Xocalıdan olan məcburi köçkünlər qaçqınlıq statusu almaq üçün birinci yerdə dayanan insanlardır. Məcburi köçkün uydurma bir məsələdir. Əslində işğal edilmiş ərazilərdən zorla deportasiya edilən, bütün sərvəti əlindən alınan insanların hamısı qaçqınlıq statusuna malik olmalıdır. Bu da BMT-ni Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən qeydiyyata alınmalıdır. Qaçqınlıq statusunun təsdiqi üçün onlara xüsusi kitabça verilməlidir.

Beynəlxalq konveksiyada qaçqınlıq statusu müvəqqəti olaraq yerini-yurdunu dəyişən adamlara şamil edir. Burda isə müharibə gedib, işğal olunub, qan tökülüb, insanların tarixi torpaqları işğal altındadır və azad olunma perspektivləri o qədər də aydın görünmür. Belə olan tərzdə bu insanlara niyə qaçqınlıq statusu verilmir? Bakıdakı evini satıb, təyyarə ilə rahat şəkildə Moskvaya yaxud, Yerevana, Qərbi Avropa ölkələrinə gedənlər qaçqın statusu alıblar”.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol