• $
  • €
  • ₽
  • ₺
  • £

Dünya İranla razılığa gələ bilmir

Dünya İranla razılığa gələ bilmir
29.06.2015 20:20

Cavad Zərif: "Hələ görüləcək çox işimiz qalıb".

Altılıq ölkələri (ABŞ, Böyük Britaniya, Fransa, Çin, Rusiya və Almaniya) və İran ölkənin nüvə proqramına nəzarət məsələsini iyunun 30-dan sonra da davam etdirəcək. ANS PRESS-in məlumatına görə, İranın xarici işlər naziri Cavad Zərif rəhbərliklə müzakirələr aparmaq üçün Tehrana getməli olduğunu bildirib. Nazir daha sonra yenidən qayıdacağını deyib.

Amerika nümayəndə heyəti isə Cavad Zərifin getməsinin müzakirələrə heç bir maneə yaratmadığını bildirib. "Bütün nazirlər Vyananı tərk edə, daha sonra müzakirələrə qayıda bilərlər. Bununla belə, tərəflər İranın nüvə proqramı məsələsində yekun razılaşmanı əldə etmək üçün iyunun 30-dan sonra da qalmağı planlaşdırırlar".

İranın nümayəndə heyətinin üzvü də buna bənzər açıqlama verib: "Hələ görüləcək çox işimiz qaldığından tərəflər iyulun 1-dən sonra da müzakirələri davam etdirəcəklər ki, qaneedici razılıq əldə etsinlər".

Müzakirələrin bu qədər uzadılmasına səbəb isə tərəflər arasında bir sıra məsələlərdə hələ də fikir müxtəlifliyinin olmasıdır. Fransanın xarici işlər naziri Loran Fabius jurnalistlər qarşısında çıxış edərkən razılaşdırılmalı olan məslələrdən danışıb. Onun sözlərinə görə, ən azı 3 həll edilməli məsələ var. Onlardan biri İranın nüvə sahəsində tədqiqat və istehsalatında imkanlarının məhdudlaşdırılmasıdır. İkinci müzakirə mövzusu nüvə və hərbi obyektlərinin yoxlanılmasıdır. Üçüncü məsələ isə Tehranın sövdələşməni pozduğu halda sanksiyaların avtomatik olaraq bərpa edilməsidir.

Dialoqun nə vaxtadək uzadılacağı haqqında hələlik heç bir məlumat yoxdur. Lakin bəzi mənbələr ABŞ-ın müzakirələrdə maksimum iyulun 9-a qədər iştirak edəcəyini yazır. İndiyədək tərəflər iyunun 30-a qədər razılaşmadan bəhs edirdilər. 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol