• $
  • €
  • ₽
  • ₺
  • £

Türk qırıcılarına bombardman əmri verildi

Türk qırıcılarına bombardman əmri verildi
30.06.2015 22:41
Terrorçular Türkiyə Silahlı Qüvvələrinin hərbi bazasına hücum edib.

PKK terror təşkilatının üzvləri Türkiyənin Hakkari vilayətində yerləşən hərbi bazaya hücum edib.

ANS PRESS-in məlumatına görə, Türkiyə mətbuatı hərbi mənbələrə istinadən xəbər verir ki, PKK-çıların hücumundan dərhal sonra Türkiyə Silahlı Qüvvələrinin F-16 qırıcılarına Kandili bombalamaq əmri verilib. PKK tərəfinin açıqlamasında isə bildirilir ki, Türkiyə qırıcıları Kandildə PKK-çıların sığınacaqlarını bombalamaqla atəşkəs rejimini pozub.

Rəsmi Ankara isə bombardman əmrinin verilib-verilmədiyini barədə heç bir açıqlama verməyib. Hakkari valiliyindən PKK-çıların hərbi bazaya etdiyi hücum və qırıcıların Kandili bombardman etməsi ilə bağlı irəli sürülən iddialarla bağlı açıqlama verilib.

"Hakkarinin Dağlıca bölgəsində 2015-ci il mayın 1-dən etibarən bölücü terror təşkilatının üzvləri müxtəlif vaxtlarda 14 dəfə Türk əsgərlərinə hücum edib. İyunun 17-də isə Dağlıca kəndində minomyot mərmisinin düşməsi nəticəsində bir qız uşağı əl, ayaq və başından yaralanmışdı.

Eynilə iyunun 29 və 30-da terrorçular Dağlıcada minomyot və digər silahlarla hücuma keçiblər. Nəticədə minomyot mərmilərindən biri kəndin ortasına düşüb. Türkiyə Silahlı Qüvvələri terrorçuların hücumuna misli ilə qarşılıq verib. Bundan sonra da vətəndaşlarımızın can və mal itkisinə səbəb ola biləcək terrorçuların fəaliyyətinə qarşı sonuna qədər mübarizə aparılacaq", - deyə valilikdən verilən açıqlamada bildirilir.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol