• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan – Avropadan oğurlanan maşınlar ölkəsi

Ermənistan – Avropadan oğurlanan maşınlar ölkəsi
01.07.2015 15:32
Boris Savelyev

Oğurlanmış avtomobillərin yeraltı bazarı dünya birliyinin ən ciddi problemlərindən birinə çevrilib. Bununla belə, bir çox ölkələrin hüquq mühafizə orqanlarının hesabatlarında Avropadan oğurluq maşınların daşınması məkanlarından biri kimi  Ermənistanın adı müntəzəm şəkildə çəkilməyə başlayıb. Məlum olub ki, bu kriminal biznesə Ermənistandan çıxıb, Avropa ölkələrində məskunlaşan bir çox erməni cəlb olunub. 

Ermənistanda xeyli sayda «Bentley» və «BMW-650» kimi bahalı avtomobillərin toplandığını nəzərə alsaq, cinayətkar qrupların bu maşınları xüsusilə seçdiyini görürük, onların müştəriləri bir qayda olaraq, erməni dövlət məmurları və hüquq mühafizə orqanlarının əməkdaşları olur. 100 min dollarlıq avtomobillərin qiyməti Ermənistana gətirildikdən sonra 25 min dollaraq qədər düşür, bu da erməni müştəriləri sevindirməyə bilməz.
 
Erməni oğruların fəaliyyəti Avropa ölkələrinin siğorta şirkətlərinə ciddi zərbə vurur. İş burasındadır ki, avtomobil alınandan sonra dərhal siğorta etdirilir. Oğruları istisnasız olaraq, təzə avtomobillər maraqlandırır, hadisədən sonra isə avtomobilin sahibi oğurluq hadisəsiylə bağlı elan verir. 
Polis də oğurlanmış avtomobillə bağlı İnterpola məlumat verir, avtomobilin sahibi isə aldığı ərizəylə siğorta şirkətinə müraciət edir, şirkət isə avtomobilin dəyərində kompensasiya verir. Məlumdur ki, Avropadakı siğorta şirkətləri 1 il ərzində oğurlanmış avtomobilin pulunun hamısını avtomobilin sahibinə qaytarırlar. 

Bu zaman ərzində isə avtomobil qanunsuz yolla Ermənista doğru hərəkət edir. İnterpol isə öz növbəsində bütün dünyaya nəqliyyat vasitəsinin yerini müəyyən etmək üçün məlumat ötürür. İnterpolun Ermənistandakı nümayəndəliyi avtomobili aşkar edərsə, yeni sahibdən 2-5 min dollar dəyərində (avtomobilin qiymətindən asılı olaraq) rüşvət alır və cinayətə göz yumur. Belə ki, bir qayda olaraq, bu avtoların alıcıları məsul şəxslər olurlar, onların kimliyinin bəlli olmasında isə İnterpolun nümayəndəliyinin heç bir marağı yoxdur. 

Ermənistandan çıxanların bir çoxunun cəlb olunduğu bu qeyri-leqal biznes artıq Avropa Birliyi ölkələrinin hüquq mühafizə orqanlarının diqqətini cəlb edib və ortaq operativ-əməliyyat qrupunun yaradılması barədə qərar verilib, qarşıya qoyulan məqsəd isə təşkilatçıları və ermənilərin yaratdığı cinayətkar qruplaşmaların üzvlərini aşkara çıxarmaqdır. Bununla yanaşı, haqqında bəhs edilən erməni cinayətkar qruplaşmalarının narkodaşıyıcılarla əlaqələrinin olub-olmadığını aydınlaşdırmağa da xüsusi diqqət yetirilir. 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol