• $
  • €
  • ₽
  • ₺
  • £

Jirinovski: “Baltikyanı dövlətlər Rusiyanın tərkib hissəsi olmalıdır”

Jirinovski: “Baltikyanı dövlətlər Rusiyanın tərkib hissəsi olmalıdır”
01.07.2015 19:45

Rusiya Liberal-Demokrat Partiyasının sədri, Dövlət Dumasının üzvü Vladimir Jirinovski növbəti dəfə maraqlı təkliflə çıxış edib. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Jirinovskinin sözlərinə görə, ölkə Baş Prokurorluğu Baltikyanı dövlətlərdə (Latviya, Estniya və Litva) müstəqillik haqda keçirilən referendumu qanunsuz sayarsa, həmin ölkələrin Rusiyanın tərkibinə qatılması barədə səsvermə keçirilməlidir.

"Həmin respublikalar bu halda referendum keçirməli olacaqlar. Həmin referendumda bu ölkə sakinlərinin əksəriyyəti yenidən Rusiyanın tərkib hissəsi olmağa səs verəcəklər”.

Vladimir Jirinovskinin fikrincə, Rusiya Baltikyanı dövlətlərin müstəqilliyini tanımaqla həmin ölkələrdəki rusdilli əhaliyə qarşı haqsız davranıb:

"Biz öz həmvətənlərimizi atdıq. Onlar heç vaxt müstəqil dövlətin tərkibində yaşamaq istəməyiblər, onlar SSRİ vətəndaşı olublar və bu ölkənin vətəndaşı olaraq qalmaq istəyirlər. O vaxt Latviya, Litva və Estoniyaya gedirdim. Onlar soruşurdular: "Siz nə edirsiniz, niyə bizi atırsınız?”.

Qalmaqallı siyasətçi Baltikyanı dövlətlərin müstəqilliyinin tanınmasına görə Boris Yeltsin komandasının sağ qalan üzvlərinin mühakiməsini də təklif edib:

"Bu Yeltsin komanasının: Burbulisin, Şaxrayın, Kozırevin və digərlərinin ağılsızlığı idi. Onlar hələ sağdır və mütləq məsuliyyətə cəlb olunmalıdırlar”.

İyunun 30-da Rusiya Baş Prokurorluğu Baltikyanı dövlətlərin müstəqilliyinin tanınmasının qanuni olub-olmaması ilə bağlı araşdırmaya başlayıb.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol