• $
  • €
  • ₽
  • ₺
  • £

Yerevanda aksiyaçılar Avropa İttifaqının bayrağını cırıblar

Yerevanda aksiyaçılar Avropa İttifaqının bayrağını cırıblar
03.07.2015 19:20

Onlar "Biz Avropanın vecinə də deyilik" şüarı səsləndiriblər

Ermənistan Milli Birlik Partiyasının lideri Paruyr Ayrikyan başda olmaqla bir qrupun Yerevanda etiraz aksiyası keçirilən Baqramyan prospektinə Avropa İttifaqının bayrağı ilə daxil olmasına imkan verilməyib.

"Report"un məlumatına görə, bu haqda Ermənistan KİV-i məlumat yayıb.
Onlar etirazçıların barrikadasına yaxınlaşanda aksiyaçılar "Yalnız üçrəngli bayraq, bura Avropa deyil, Ermənistandır" şüarı səsləndiriblər. 

Məlumatda bildirilib ki, sonra etiraz aksiyasının iştirakçıları əlində Avropa İttifaqının bayrağını tutan qadın və kişiyə hücum edərək, bayrağı əllərindən alıb, cırıblar.

Bayrağı gətirənlər aksiyaçılara bunu deməyə çalışıblar: "Avropa İnsan Haqları Məhkəməsi Ermənistan vətəndaşının sonuncu ümid yeridir". Ancaq etirazçılar bu qrupu "KQBeşnik" adlandırıb və "Biz Avropanın vecinə də deyilik"- deyə, qışqırıblar.

Paruyr Ayrikyan tərəfdarları isə "Ermənistan mədəni dünyanın bir parçası olmalıdır!" adlı elanı belə paylamağa imkan tapmayıb.

P.Ayrikyan etiraz aksiyasının iştirakçılarına xatırladıb ki, əgər polislə toqquşarlarsa, bu haqda Rusiya və Çin məhkəmələrinə deyil, məhz Avropa Məhkəməsinə müraciət etməli olacaqlar. 

Xatırladaq ki, Ermənistanda iyunun 19-dan etiraz aksiyaları keçirilir. 

İyunun 23-də səhər saatlarında polis paytaxt Yerevanda keçirilən aksiyanı zorakılıqla dağıdıb və həmin gün 237 aksiya iştirakçısı həbs olunub. Onlara qarşı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi açılıb. Aksiya davam edir.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol