• $
  • €
  • ₽
  • ₺
  • £

Səudiyyə şahzadəsi Tbilisidə zərəçəkənlərə 300 min dollar yardım edəcək

Səudiyyə şahzadəsi Tbilisidə zərəçəkənlərə 300 min dollar yardım edəcək
03.07.2015 18:37
Əl-Valid ibn-Talal əl-Səud bu il iyunun 10-da Gürcüstanda rəsmi səfərdə olub

Səudiyyə Ərəbistanının şahzadəsi əl-Valid ibn-Talal əl-Səud iyunun 14-də Tbilisidə baş verən təbii fəlakətdən zərərçəkənlərə 300 min dollar məbləğındə yardım edib. "Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, Səudiyyə şahzadəsinin Gürcüstanın baş naziri İrakli Qaribaşviliyə ünvanladığı məktub ölkənin Ər-Riyaddakı səfirliyinə təqdim edilib.

Məlumatda bildirilir ki, təbii fəlakətdən sonra Gürcüstanın Səudiyyə Ərəbistanındakı səfiri Georgi Cancqava şahzadə əl-Validlə xüsusi görüş keçirərək Tbilisidə baş verənlərlə bağlı onu məlumatlandırmışdı.
Xatırladaq ki, şahzadə bu il iyunun 10-da Gürcüstanda rəsmi səfərdə olub.
Qeyd edək ki, əl-Valid ibn -Talal əl-Səud 32 milyard dollarlıq var-dövlətinin hamısını xeyriyyə işlərinə sərf etmək haqda qərar qəbul edib. 

Bununla bağlı, şahzadə keçirdiyi mətbuat konfransında vəsaiti xeyriyyə təşkilatlarının hesabına hissə-hissə köçürəcəyini bildirib. O, ilk növbədə qadın haqlarının müdafiəsi, eləcə də müalicəsi olmayan xəstəliklərin öyrənilməsi, sağlam həyat tərzinin təbliğatı ilə məşğul olan xeyriyyə təşkilatlarına və təbii fəalkət qurbanlarına yardım etməyi planlaşdırıb.
60 yaşlı şahzadə əl-Valid Səudiyyə Krallığı ailəsinə daxildir. "Forbes" jurnalının qənaətinə əsasən, o, dünya varlıları siyahısında 22-ci yerdədir.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol