• $
  • €
  • ₽
  • ₺
  • £

"Facebook"dan yeni təşəbbüs: Pilotsuz uçan aparatlar pulsuz internet verəcək

"Facebook"dan yeni təşəbbüs: Pilotsuz uçan aparatlar pulsuz internet verəcək
04.07.2015 17:38
"Facebook” şirkətinin təsisçisi Mark Sukerberq inkişaf etməkdə olan ölkələri internet bağlantısı ilə təmin edəcək pilotsuz uçan aparatlar üçün lazer ötürücüsünü nümayiş etdirib. Bu barədə Trend Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən məlumat verir.

M.Sukerberq qeyd edib: "Biz pilotsuz uçan aparatların və peyklərin mövcud simsiz şəbəkələrdən kənarda məskunlaşan bir milyard insanı internetə qoşmaq üçün bizə verə biləcək imkanları nəzərdən keçiririk”.

Onun sözlərinə görə, "Facebook” planetin ucqar regionlarında məlumatların ötürülməsi üçün ənənəvi qoşulmanı təmin edə biləcək lazer rabitə sisteminin hazırlanması ilə məşğuldur. Texnologiya uzaq məsafələrə məlumat mübadiləsinin sürətini xeyli artırmağa imkan verəcək. Lazer şüalarını Yerə pilotsuz uçan aparatlar ötürəcək.

Yeni texnologiyaların hazırlanması və təkmilləşdirilməsi ilə "Connectivity Lab” bölməsi məşğuldur. Alternativ rabitə kanallarından "Facebook” tərəfindən işə salınan "Internet.org” layihəsi çərçivəsində istifadə etmək planlaşdırılır. Fondun işinin əsas məqsədi dünyada beş milyard insanın (burada söhbət Afrikanın yoxsul əhalisindən gedir) internetə pulsuz çıxışını təmin etməkdir.

"Internet.org” layihəsinə artıq Malavi, Qvatemala, Kolumbiya, Qana, Zambiya, Tanzaniya, Keniya, Hindistan, Banqladeş, İndoneziya və Filippin qoşulub.

Layihədə "Samsung Electronics”, "Qualcomm”, "Ericsson”, "Nokia”, "MediaTek” və "Opera Software” şirkətləri də iştirak edir və beləliklə, təşəbbüsü bazarın müxtəlif seqmentinin şirkətləri dəstəkləyir.

M.Sukerberq bildirib ki, inkişaf etməkdə olan ölkələrdə insanların internetə və biliklər iqtisadiyyatına qoşulması üçün çoxlu əngəllər var: "Interget.org” bu maneələrin dəf edilməsinə yönələn qlobal tərəfdaşlıqdır. Biz çalışacağıq ki, hazırda internetdən yararlanmaq imkanından məhrum olan insanları çıxışla təmin edək”.

Sosial şəbəkə internetə çıxış imkanlarını artırmaq üçün infrastruktur həllərə orta hesabla 1 milyard dollar xərcləyib və daha çox vəsait sərf etməyi nəzərdə tutur. Layihənin ilkin məqsədi 5-10 il ərzində mobil internet xidmətlərinə görə xərcləri hazırkı dəyərindən 1 faiz azaltmaqdır.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol