• $
  • €
  • ₽
  • ₺
  • £

Suriyada daha bir cəbhə açıldı

Suriyada daha bir cəbhə açıldı
05.07.2015 12:30
Suriya ordusu Hizbullah hərbi qüvvələri ilə birgə Zəbədəni şəhərində silahlı qruplaşmalara qarşı əməliyyatlara başlayıb. Ordu qüvvələri iriçaplı silahlılarla üsyançıların mövqelərini atəşə tutub. Rəsmi Dəməşq döyüşlər zamanı ordunun silahlılara qarşı ağır zərbə vurduğunu açıqlayıb.

Zəbədəni şəhəri Dəməşqlə Livanın paytaxtı Beyrutu birləşdirən avtomagistral üzərində yerləşdiyi üçün strateji baxımdan vacib əhəmiyyət kəsb edir. Suriyaya məhz bu xətt üzrə Hizbullahdan silah dəstəyi gəlirdi.

Hazırda Suriya ordusu eyni zamanda bir neçə cəbhədə, o cümlədən, Hələb vilayətində üsyançılara qarşı mübarizə aparır.

Ölkənin Şimal bölgəsində isə İŞİD qruplaşması həm ölkə üçün, həm də Türkiyə üçün təhlükə mənbəyi olaraq qalır. Bir qədər əvvəl Türkiyə hərbi qüvvələrinin Suriya ilə sərhəd bölgələrə raket batalyonu cəlb olunub.

Qaziantep vilayəti istiqamətində İŞİD silahlılarının sərhəd bölgələrə mina yerləşdirdiyini və ərazini yandırdığını müşahidə etmək olub.
www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol