• $
  • €
  • ₽
  • ₺
  • £

Ancelina Coli rus çariçası olacaq

Ancelina Coli rus çariçası olacaq
05.07.2015 18:30
Tanınmış Hollivud aktrisası Ancelina Coli rus çariçası İkinci Yekatrina haqqında filmdə çəkiləcək. ANS PRESS-in məlumatına görə, aktrisa britaniyalı tarixçi Saymon Sebaq Montefiorenin bestsellerini ekranlaşdırmağa icazə alıb. Kitab İkinci Yekatrina ilə Qriqori Potyomkinin sevgisi haqqındadır. 


"Mən çox sevinirəm ki, Ancelina məhz mənim əsərimi seçib. Çünki bu, mənim ilk kitabım olub və mən onu çox sevirəm. Yekatrina - unikal qadın obrazıdır. Mən hiss edirəm ki, bu əsəri etibarlı əllərə təhvil verirəm", - deyə Sebaq Montefiore bildirib. Ancelina Coli baş rolu oynamaqla yanaşı, filmin rejissoru və prodüsseri də olacaq.


Qeyd edək ki, Saymon Sebaq Montefiorenin əsəri 2000-ci ildə nəşr edilmişdi. Kitabda rus çariçası ilə Potyomkinin bir-birinə yazdığı və daha əvvəl heç vaxt açıqlanmayan 5 min sevgi məktubu nəşr edilmişdi.



İkinci Yekatrina (Böyük Yekatrina) hakimiyyətdə olduğu dövrdə Rusiya sərhədlərini genişləndirsə də, onun adı tək bununla anılmır. Rus çariçası eyni zamanda şəxsi həyatı ilə daim müzakirə mövzusu olub. Onun Üçüncü Pyotrla nikahı uğursuz olub. 


Ailəli olduğu vaxtlarda belə onlar başqa insanlarla münasibətlər qurub. 1756-cı ildə Yekatrina ərinin səhhətinin pis olmasından istifadə edərək çevriliş edib və hakimiyyətə gəlib. Rus çariça ömrünün sonunadək - 1796-cı ilədək hakimiyyətdə olub.




www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol