• $
  • €
  • ₽
  • ₺
  • £

Təbrizli yazar həbs olundu

Təbrizli yazar həbs olundu
06.07.2015 13:23

"Türk dili və Azərbaycan tarixi” və "Məşrutə olayları” kimi kitabların müəllifi Təbrizli yazar və jurnalist Nağı Əhmədi Azərin daha öncə məhkum olduğu 5 il həbs müddətini tamamlamaq üçün yenidən Təbriz Mərkəzi Zindanına göndərildiyi bildirilir.

Bu barədə Amerikanın Səsi məlumat yayıb. Bildirilir ki, Güney Azərbaycan Televiziyası, Araz News və Öyrənci Səsi kimi veb səhifələr bu barədə məlumatı son günlərdə yaysalar da, yazarın həbsinin təqribən 2 həftə öncə həyata keçirildiyini qeyd edirlər.

"Türk milli fəal 5 il həbs çəkmək üçün nəzarətə alındı” başlığı ilə xəbər yayan Günaz TV Nağı Əhmədi Azərin "İran ərazisində Ermənistana qarşı və Azərbaycan Respublikasının xeyrinə casusluq fəaliyyəti aparmaq” ittihamı ilə mühakimə edildiyini yazıb.

İnsan haqları qrupları yazarın 2009-cu ildə nəzarət altına alınıb təqribən 5 aydan sonra müvəqqəti olaraq sərbəst buraxıldığını bildiriblər. O, daha sonra İran İnqilab Məhkəməsi tərəfindən 5 il həbsə məhkum olub və 10 il boyunca Azərbaycan Respublikasına səfər etməkdən məhrum edilib.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol