Öz ölkəsinin ərazisini bombaladı - 7 ölü

Texniki nasazlıq səbəbindən hərbçi öz ölkəsinin ərazisinə bomba tulladı və nəticədə 7 nəfər həlak oldu
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, İraq ordusuna aid bir hərbi təyyarə yanlışlıqla Bağdadı bombalayıb.
İraq Ordusunun briqada generalı Saad Meanın açıqlamasına görə, Bağdadın Cedidə bölgəsi üzərindən uçan təyyarədə texniki nasazlıq baş verib. Bunun nəticəsində bomba atılıb və 3 ev dağılıb, 7 nəfər adam həlak olub.
www.ann.az
























