• $
  • €
  • ₽
  • ₺
  • £

​Türkiyəli xanım jurnalisti öldürən erməninin məhkəməsi başladı

​Türkiyəli xanım jurnalisti öldürən erməninin məhkəməsi başladı
09.07.2015 10:59
Yerevanda türkiyəli jurnalist Qaya Coşarı qətlə yetirməkdə günahlandırılan erməni taksi sürücüsü Aram Qriqoryanın məhkəməsi başlayıb. 

"Report" xəbər verir ki, bu haqda Ermnənistan KİV-i məlumat yayıb.

Müttəhimlər kürsüsündə oturan A.Qriqoryan ittihamları rədd edib. O, hadisənin baş verməsində qətlə yetirdiyi jurnalisti ittiham edib: "Mən sərnişin aparırdım. Yolun ortasında yerə uzanmış qadını gördüm. Əyləci basıb, maşını saxlamağa çalışdım. Ancaq çatdıra bilmədim, qadını vurdum. O, sərxoş idi".

Məlumata əsasən, ekspertiza isə onun dediklərinin əksini göstərib. Ekspertizanın rəyinə görə, A.Qriqoryanın qadını görmək imkanı olub.

Xatırladaq ki, türkiyəli jurnalist xanım Qaya Coşar 2014-cü ilin noyabrından Ermənistan-Türkiyə proqramlarından biri çərçivəsində Yerevanda işləməyə başlayıb. 2014-cü il dekabrın 26-da üstünə avtomobil sürülməsi nəticəsində öldürülüb. O, hadisədən sonra 12 gün xəstəxanada müalicə olunsa da, həyatını xilsa etmək mümkün olmayıb və yanvarın 7-də dünyasını dəyişib. 

O, Türkiyənin Kütahya vilayətinin Simavi rayonunun Dəmirçiköy kəndində dəfn edilib.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol