• $
  • €
  • ₽
  • ₺
  • £

Yunanıstan Avropa kreditorlarının təkliflərini qəbul edir

Yunanıstan Avropa kreditorlarının təkliflərini qəbul edir
09.07.2015 19:36
Əvəzində Yunanıstanın dövlət büdcəsi iki ilə 12 mlrd. avro qazanacaq

Yunanıstan ölkə iqtisadiyyatını yaranmış böran vəziyyətindən xilas etmək üçün 12 mlrd. avroluq islahatlar planı tərtib edib. Bu vəsait iki il ərzində ölkə büdcəsinə toplanacaq. Rəsmi Afina avropalı kreditorlara bu təklifi sabah, iyulun 10-na qədər təqdim etməlidir. Məhz bu təklif bazar günü, iyulun 12-də keçiriləcək Avropa liderlərinin sammitində müzakirə ediləcək. Xəbəri Yunanıstanın "Katimerini" qəzetinə istinadən "Reuters" agentliyi yayıb.

"Report"un xəbərinə görə, yunanlar daha öncə 8 mlrd.-lıq islahatlar paketi təklif edib, kreditorlar isə bunu yetərsiz qiymətləndirmişdilər.

"Reuters" agentliyi digər terli qəzet "Naftemboriki"yə istinadən xəbər verir ki, ölkədə mənfəət vergisini 26%-dən 28%-dək, bahalı mallara vergini 10%-dən 13%-dək, restoran, nəqliyyat, özəl səhiyyə xidmətləri və s.-nin gəlir vergisini isə 13%-dən 23%-dək artırmaq niyyətindədir. Eyni zamanda, turizmlə məşhur olan Yunanıstanda bu sahədə analoji vergi dərəcəsinin 6,5%-dən 13%-ə artırılacaq.

"Financial Times"ın xəbərinə görə, dünən ABŞ-ın maliyyə naziri Cek Lyu və BVF rəhbəri Kristin Laqard Yunanıstanın borclarının restrukturizasiya edilməsi zərurətinin olduğunu vurğulayıblar. Lakin Almaniya yunanların borclarını ödəmək niyyəti göstərməyəcəkləri təqdirdə onların Avropa İttifaqından çıxmasına razı olduğunu bildirib.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol