• $
  • €
  • ₽
  • ₺
  • £

Con Kerri: “Tehran “çətin qərar”ı qəbul etmərsə…”

Con Kerri: “Tehran “çətin qərar”ı qəbul etmərsə…”
10.07.2015 23:23
Tehran nüvə proqramı ilə bağlı razılığın əldə olunması üçün  "çətin qərarlar” qəbul etməkdə özündə güc tapmasa "altılıq” İranla dialoqa son qoyacaq. ABŞ dövlət katibi Con Kerri belə deyib.

Con Kerrinin çıxışı Tehranla danışıqlarda növbəti dəfə müəyyən edilmiş müddət ərzində nəticə əlbə olunmayacağının müəyyənləşməsindən sonraya təsadüf edir və dövlət katibi danışıqlar başlayandan ilk dəfədir ki, məyusluğunu ictimai şəkildə ifadə edir.

"Biz qərarın qəbul olunmasının sonsuzluğa kimi gözləyə bilmərik. əgər çətin qərar qəbul olunmasa, biz danışıqlar prosesinə son qoyacayıq” – deyə dövlət katibi bildirib.

Kerri və danışıqların digər Qərb tərəfdarlarının dediyinə görə, İran hələ də özünün nüvə proqramını dayandırmaqla bağlı siyasi qərar verməyib. Tehran qərb ölkələrini qınayır ki, onlar nüvə proqramının miqyası ilə bağlı əvvəlcədən qəbul olunmuş razılığa əməl etmirlər. 

Hazırki danışıqlar iki həftə öncədən başlayıb və artıq iki dəfə uzadılıb. Yekun razılıq əldə olunmadığına görə, görünən odur ki, tərəflər 3 ay öncəki Cenevrə çərçivə razılaşmasının müddətini artırmalı olacaqlar.

İranın xarici işlər nazirinin müavini Abbas Araxçı bildirib ki, həlli tapmayan bir neçə məsələ, o cümlədən İran atom obyektləri müfəttişlərinin MAQATE ilə əməkdaşlıq qrafiki və Amerika və Avropa sanksiyalarının Tehrandan götürülmə qrafiki kimi məsələlər qalır. /Azadliq.org

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol