• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanın Fars körfəzi iddiası

Ermənistanın Fars körfəzi iddiası
10.07.2015 15:44
Serj Sarksiyanın Şanxay Əməkdaşlıq Təşkilatının Ufa sammitində çıxışı susqunluqla qarşılanıb.

Ufada Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT), BRİCS ölkələrinin və Avrasiya İttifaqının birgə sammitində çıxış edən Serj Sarksiyan ölkəsinin Fars körfəzi vasitəsi ilə Hind okeanına çıxmaq niyyətindən danışıb. 

ANS PRESS-in məlumatına görə, Ermənistan prezidenti sammitdə təmsil edilən böyük dövlətləri Ermənistan - İran dəmir yolunun çəkilişini maliyyələşdirməyə çağırıb. "Artıq texniki - iqtisadi əsaslar hazırlanıb, layihə özəl və dövlət əməkdaşlığı üçün açıqdır. Ümid edirəm ki, burada təmsil olunan ölkələrin şirkətləri layihəyə maraq göstərəcək”,- deyə erməni prezident müraciət edib. Erməni prezident bu dəmir yolu vasitəsi ilə Avrasiya İttifaqının Hind okeanına çıxacağını iddia edib. 

Serj Sarkisyan ŞƏT-in Ufa sammitində Vladimir Putinin dəstəyinə ümid edir 

Amma sammit iştirakçıları Serj Sarkisyanın bu təklifinə heç bir reaksiya verməyiblər. Hər halda, iddia bir qədər gülünc görünür - Avrasiya İttifaqının əsas ərazisindən kənarda qalmış və dalana dirənmiş Ermənistanın isti dənizlərə çıxmaq arzusuna görə heç kim çox milyardlıq layihəyə pul xərcləməz. 


Ufa sammitinin əsas sualı: Ermənistanın yeri hardadır?

Serj Sarkisyan isə məhz Hind okeanı hövzəsinin Çin və Hindistan kimi iri ölkələri ilə əlaqələri yaxşılaşdırmaq üçün hələ 2012-ci ildən onların təmsil olunduğu Şanxay Əməkdaşlıq Təşkilatına müşahidəçi üzv olmaq üçün ərizə verdiyini vurğulayıb. 

Erməni iqtisadçılar isə Serj Sarksiyanın ŞƏT-ə daxil olmaq niyyətinin arxasında Çindən sərmayələr cəlb etmək istəyinin durduğunu vurğulayırlar. Yəni məqsəd aydındır - Çin biznesmenlər Ermənistandakı işsiz kütlədən istifadə edərək İrəvanda, Gümrüdə, Vanadzorda "kiçik çinlər” qura bilərlər. Adətən belə istehsal zonalarında işçilər qul kimi işlədilir, məsələn, bir uşaq donunun tkintisinə 1 dollar pul ödənir. Ən mahir dərzi gün ərzində 2 və ya 3 don tikə bilir ki, aylıq qazancı 100 dolları keçmir. Çin iş adamlarının bu cür yanaşmasının səbəbləri aydındır - Avropada 3-4 dollara satılan məhsula artıq pul vermək rentabelli deyil. Amma bu, erməni şəhərlərində müşahidə edilən kütləvi qadın işsizliyini aradan qaldıra bilərdi. 

Amma Çinin də sərmayə qoyuluşu ilə bağlı öz siyasəti var. 2013-cü ilin sentyabr ayında Pekində Ermənistan baş naziri Tiqran Sarkisyan ilə görüşmüş Çin baş nazir Li Kesian sərmayə qoyuluşlarında məqsədlərinin ölkəsinin istehlak bazarının artan tələbatını ödəmək olduğunu vurğulayıb. Yəni Ermənistandakı sərmayə qoyuluşları Çin bazarını ucuz istehlak malları ilə təmin etməyə xidmət etməlidir ki, erməni iqtisadçılar bunu mümkünsüz sayırlar. 

İqtisad elmlər doktoru Tatul Maneseryan hazırda Ermənistandan Çinə çox az miqdarda konyak göndərildiyini vurğulayır. Amma iqtisadçı bu məsələdə çox pessimit görünür: "Çin bazarına çıxmaq indi çox çətindir, çünki hamı ora can atır”. 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol